Benzin ucuzlaşır?

25.12.2014 - 14:44

“Dövlət qərar qəbul edib qiymətlərin aşağı salınmasını təklif edə
bilər. Ancaq benzinin qiymətində ARDNŞ-in gəlirliliyi xeyli azdır.
Benzinin qiymətində vergi daha çox yer tutur”.
ANS PRESS-in məlumatına görə, bunu ARDNŞ-nin vitse-prezidenti Süleyman Qasımov bu gün keçirilən mətbuat konfransında deyib. 
O,
bildirib ki, benzinin qiyməti Tarif Şurasının tənzimlədiyi və müəyyən
olunan qiymətlərlə satılır: “Bizim tənzimlənən qiymətlər qonşu ölkələrlə
müqayisə edilib. Bu zaman məlum olub ki, qonşu ölkələrdə vergi həddən
artıq yüksəkdir. Belə olan halda bizdə benzinin vergisiz qiyməti digər
ölkələrdən aşağıdır. Xaricdən gətirilən benzinlərin qiyməti isə dövlətin
tabeliyində olan məsələ deyil”, – deyə ARDNŞ rəsmisi qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=14798

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728