Pərviz Həşimli əfv üçün prezidentə müraciət etdi
olunması üçün prezident İlham Əliyevə müraciət edib. “Qafqazinfo” xəbər
verir ki, bu barədə Bizimyol.info saytına jurnalistin həyat yoldaşı
İlahə Həşimova məlumat verib.
yaşlı qızımız Zeynəb atasının yoxluğu ilə əlaqədar ciddi psixoloji
travmalar keçirir. Bir neçə ay əvvəl qardaşım da qətlə yetirilib. Ailə
başçımız da həbsdə olduğu üçün həm maddi, həm də mənəvi dururmumuz
həddindən artıq ağırdır. İnanırıq ki, prezident Pərvizi əfv edəcək” –
deyə İlahə Həşimova bildirdi.
bir neçə gün öncə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin üzvü Çingiz Qənizadə Yeni İldə veriləcək əfv fərmanı ilə
bağlı münasibət bildirərkən demişdi ki, həbsdə olan iki jurnalist – Əvəz
Zeynallı və Pərviz Həşimli əfv oluna bilər:
olan məlumata görə, barəsində hökm oxunmuş hər iki jurnalist cənab
prezidentə əfv olunmaları üçün müraciət edib. Biz də hüquq müdafiəçiləri
olaraq arzu edirik ki, onlar azadlığa buraxılsın. Təbii ki, bu, cənab
İlham Əliyevin iradəsinə aid olan qərardır. Lakin onu da qeyd edim ki,
ölkə başçısının onların əfv müraciətlərinə müsbət cavab verəcəyinə şübhə
etmirəm”.
neçə jurnalist olsa da, onlardan yalnız ikisi – “Xural” qəzetinin baş
redaktoru Əvəz Zeynallı və Pərviz Həşimli barəsində məhkəmə qərarı
hüquqi qüvvəyə minib.
Short URL: http://www.cumhuriyyet.net/?p=14801