Ən maraqlı yeni il adətləri

25.12.2014 - 16:33

Hər bir ölkə Yeni ili özünəməxsus adət ənənələrlə qeyd edir. Kimi buzlu suya girir, kimisi ev əşyalarını atır. 
ANS PRESS ən qəribə yeni il adətlərini oxucularına təqdim edir.
Cənubi Afrikada yerli əhali yeni ildə şans və bərəkət üçün köhnə ev əşyalarını pəncərədən atır. 
Kolumbiyada ili səyahətlərlə keçirmək üçün bayram ügün çemodanla gəzirlər. 
Yaponiyada ilin təhvil verildiyi heyvanın maskasını taxaraq 108 dəfə zəng çalınan məbədə toplaşırlar. 
Danimarkalılar köhnə boşqab və bardaqları yaxınlarının qapısına
atırlar. Yeni il günü isə onlar stuldan tullanırlar. Bununlada pis
ruhların getdiyinə və yeni ilin onlara uğur gətirəcəyinə inanırlar. 
İspanlar saat 00:00-da 12 üzüm giləsi yeyirlər. 12 üzüm giləsi ayları və uğuru simvolizə edir. 
Finlandiyada ərimiz şetalı suya tökürlər. Əldə edilən fiqura
baxaraq gələn ili proqnozlaşdırmağa çalışırlar. Məsələn, ürək və dairə
evliliyə işarədir. 
Panamada xüsusi hazırlanan kuklalar yeni il tonqalında yandırılır.
Kuklala köhnə ili təmsil edir. Onların yandırılması isə pis ruhların
uzaqlaşdırılması və yeni başlanğıc deməkdir. 
Filippində masada olan hər şeyin yuvarlaq olmasına diqqət edirlər.
Çünki yumru forma pulu simvolizə edir. Bu isə zənginlik əlamətidir. 
Estoniyada inanclara görə, yeni il günü bir insan 7 növ yemək yesə 7 nəfərin gücünə sahib olacaq. 
Braziliya, Ekvator, Venesuella, Boliviyada yeni ildə rəngli alt
geyimi geyinirlər. Bunun onlara şans gətirəcəyinə inanırlar. Məsələn
qırmızı sevgi, sarı isə zənginlik deməkdir. 
Peruda Yeni ildə Takanakuy festivalı keçirilir. Yeni il gecəsi
insanlar bir birini yumruqlayır. Bununla Yeni ilə daha rahat
girəcəklərini düşünürlər. 
Rumıniyada qəpikləri çaya atır və bunun uğur gətirəcəyinə inanırlar.
Boliviyada şirniyyatların içərisinə pul qoyurlar. Kimə bu pullu şirniyyat düşsə il onun üçün daha uğurlu olacaq. 
Çilidə insanlar yaxınlarının məzarı başında gecələyirlər. 
Sibirlilər yeni ildə buzlu suya girirlər. 

Short URL: http://www.cumhuriyyet.net/?p=14802

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728