Mürəbbədən heroin çıxdı

25.12.2014 - 16:50

Ədliyyə Nazirliyinin 15 saylı cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb.

“Qafqazinfo” Penitensiar xidmətin saytına istinadən
xəbər verir ki, Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən 1 il 9 ay
müddətinə azadlıqdan məhrum edilən məhkum Rauf Nüsrət oğlu Hüseynov üçün
gətirilən sovqata baxış keçirilib.

Onunla görüşə gəlmiş atası,
Lənkəran şəhər sakini vətəndaş Nüsrət Faiq oğlu Hüseynovun gətirdiyi
sovqata baxış keçirilən zaman plastik qabda olan gilənar mürəbbəsinin
içərisindən 6 ədəd bükülüdə ümumi xalis çəkisi 0,811 qram olan narkotik
vasitə – heroin, 0, 685 qram narkotik vasitə – tiryək və 0,2 qram
narkotik vasitə – marixuana aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=14806

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728