1 ölü, 3 ağır yaralı – ABŞ-da naməlum şəxs insanları gülləbaran edib

25.12.2014 - 20:10

“Reuters”
agentliyi bildirir ki, Sent-Lüisdəki ərzaq mağazasında çərşənbə günü
yerli vaxtla axşam saat 5:30-da silahlı şəxs insanlara hücum edib.
Nəticədə 1 adam ölüb, 3 nəfər isə ağır yaralanıb.

Şəhər
polis idarəsinin mətbuat katibəsi Şron Cekson deyib ki, insidentlə
bağlı konkret fikir söyləmək çətindir. Hələ ki, bəlli olmayan məqamlar
həddindən artıq çoxdur. Hadisə baş verən yerdə bir nəfər ölü olaraq
tapılıb, 3 nəfər isə xəstəxanaya çatdırılıb. Onların durumu son dərəcə
ağırdır.
Agentlik xatırladır ki,
Sent-Lüis şəhərində qaradərilinin ölümünə görə tez-tez mitinqlər
keçirilir. Bu hadisə ilə qaradərilinin ölümü arasında hər hansı bir
əlaqənin olub-olmaması hələ ki, bəlli deyil. Heç hadisəni törədən şəxsin
kimliyinə də indiyə kimi aydınlıq gətirilməyib.
Amerika
Birləşmiş Ştatlarının Missuri ştatının Ferqüson şəhəri əslində
Sent-Lüisin yaxınlığındadır. Avqust ayında məhz orada 18 yaşlı
qaradərili Mixail Broun polis tərəfindən güllələnərək öldürüldü. Və bu
ölüm bütün Amerikanı silkələyən anti-polis mitinqlərinə start verdi.
Agentlik
xatırladır ki, son günlər ABŞ-da bir neçə polis qaradərili silahlılar
tərəfindən öldürülüb. Bu qətllər də başlamış prosesin tərk hissəsi kimi
görünür.

Short URL: http://www.cumhuriyyet.net/?p=14813

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728