“2015- ci ilə siyasi məhbuslarsız gedək”

25.12.2014 - 20:28

DİHM: “Xalq onun əvəzinə oynanılan seçki tamaşasına elliklə boykotla cavab verdi”

Musavat.com xəbər verir ki,
25 dekabr 2014- cü il tarixdə Demokratiya və İnsan Haqları Mərkəzində
əməkdaşlıq edən siyasi partiyaların toplantısı olub. Toplantıda KXCP,
ADP, Ümid, Azadlıq, ALP, VİP, BAP, Azad Demokratlar, Aydınlar və AXP
sədrləri iştirak edib. Toplantıda 23 dekabrda keçirilmiş bələdiyyə
seçkiləri ilə bağlı açıqlama verilib. Açıqlamada bələdiyyə seçkilərinə
görə hakimiyyət kəskin tənqid olunur: ” … Xalq onun əvəzinə
oynanılan bu tamaşaya elliklə boykotla cavab verib.   Yaşayış
yerlərindəki müşahidələrlə qeydə alınıb ki,   komissiya üzvləri də daxil
olmaqla, məntəqələrə seçicilərin 3 faizindən də az adam gəlməyib.
Siyasi partiyalar 2014- cü il bələdiyyə seçkilərinin belə bir cəhətinə
diqqət cəlb edirlər ki,  əksəriyyətin əvvəldən mənasız sayaraq
qoşulmadığı bu kampaniyada   təzyiq, təhdid, dilə tutma, hədələmə,
şantaj və s qeyri qanuni yollarla az sayda olsa da müxalifətin, hətta
rejimə loyal olan müstəqil şəxslərin  seçkiyə namizəd olaraq
qatılmasının qarşısı total şəkildə  alınmışdı. Əgər bu taktika  2015- ci
il parlament seçkilərinin neçə keçirilməsinin anonsu və məşqidirsə ki,
belə ehtimal yox deyildir,  o halda   vəziyyətin ciddi şəkildə
dəyərləndirilməsinə və adekvat cavabların tapılmasına  ehtiyac
yaranıb.” 
Toplantıda iştirak edən
siyasi partiyalar Dünya Azərbaycanlılarının beynəlxalq həmrəylik günü və
Yeni il münasibəti ilə xalqa təbrik və iqtidara çağırış ünvanlayıblar.
Təbrikdə və çağırışda  Vətənimizin 2015- ci ilə siyasi məhbuslarsız
Azərbaycan kimi daxil olması arzusu ifadə edilir.  

Short URL: http://www.cumhuriyyet.net/?p=14816

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728