Mafiya başçısının dəfnində izdiham

26.12.2014 - 11:19

Cənazə yüzlərlə avtomobilin müşayiəti ilə Vedat Şahinin Bafradakı atası evinə aparılıb
İstanbulda mafiya liderlərindən biri olan Vedat Şahinin cənazəsi böyük diqqət çəkib.
ANS PRESS-in məlumatına görə, İstanbulda cinayət qruplaşması rəhbəri və
mafiya lideri kimi tanınan Sədat Şahinin qardaşı olan Vefdat Şahinin
cənazəsində yüzlərlə insan toplaşıb.
Mafiya liderinin cənazəsi xüsusi bir təyyarə ilə Samsuna gətirilib.
Cənazə yüzlərlə avtomobilin müşayəti ilə Vedat Şahinin Bafradakı atası
evinə aparılıb.
Bəzi yollarda yol polisi və jandarmaların nəzarət tədbirləri aparması diqqətlərdən qaçmayıb.
Qeyd edək ki, ötən gün İstanbulda mafiya liderləri arasında qanlı döyüş
baş verib. İstanbulun Nişantaşı bölgəsində məşhur mafiya liderlərindən
birinin qardaşı ilə yaxın dostu öldürülüb, bir nəfər isə ağır yaralanıb.
İstanbulda cinayət qruplaşması rəhbəri və mafiya lideri kimi tanınan
Sədat Şahinin qardaşı və dostu Fərdi Topal Nişantaşında evdən çıxarkən
uzaqda dayanmış avtomobilllərdən birinin içərisindən “Kalaşnikov”
avtomatla açılan atəş nəticəsində ölüb.
Hadisə baş verən bölgəyə çox sayda polis qrupu cəlb edilib və həmin küçədə bir müddət nəqliyyatın hərəkəti dayandırılıb.
Şahin qardaşları gecə həyatına nəzarət edirdilər. Onlar istədikləri
sənətçini barda səhnəyə çıxardar, istədiyini də səhnədən
uzaqlaşdırırdılar. Bundan başqa onların dövlət adamları ilə də yaxın
olduqları vurğulanır.

Short URL: http://www.cumhuriyyet.net/?p=14824

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930