Bakıda ucuzluq olacaq
Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə,
bayram günləri ilə əlaqədar keçiriləcək yarmarkalar saat 09:00-dan
alıcıların ixtiyarına veriləcək.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə
əlaqədar Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına
artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim
imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin
qarşısının alınması məqsədi ilə 27-31 dekabr 2014-cü il tarixlərində
fasiləsiz olaraq 5 gün müddətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən
kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə
tutulub.
Yarmarkalar paytaxtın aşağıdakı rayonlarında və ünvanlarında təşkil olunur:
Xətai rayonu -Ukrayna dairəsinin yanı;
Nəsimi rayonu – S.Vurğun küçəsi 73, Təzə Bazarın ərazisi;
Yasamal rayonu – Şərifzadə küçəsi 1, Rabitə kollecinin arxası;
Nərimanov rayonu -Gənclik metrosunun yanı;
Səbail rayonu -Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası;
Suraxanı rayonu -Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi;
-Əmircan qəsəbəsi, S. Bəhlulzadə küçəsi 12;
Binəqədi rayonu -Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı.
Yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul
əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunmuş və
onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və
təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər.
Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və
baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması
üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=14825