İraq İŞİD-lə mübarizədə Türkiyənin dəstəyinə ümid bəsləyir

26.12.2014 - 11:49

İraqın baş naziri Heydər əl Abadi İŞİD terror qruplaşması ilə mübarizədə Türkiyənin dəstək verəcəyinə ümid bəsləyir.
APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə o ötən gün İstanbula səfəri zamanı deyib.
“İŞİD tək İraq və Türkiyə üçün deyil, bütövlükdə, bütün bölgə üçün
təhlükədir. Əməkdaşlığa böyük zərurət var. Biz məhz bunu Türkiyədən
gözləyirik”, deyə əl Abadi qeyd edib.     
Onun sözlərinə görə, əməkdaşlıq fəaliyyətin müxtəlif sahələrini
əhatə edə bilər: kəşfiyyat xarakterli  məlumatların mübadiləsi,
hərbçilərin hazırlanması və təlimi, silah-sursatla təminat və s.  
Türkiyənin baş naziri Əhməd Davudoğlu öz növbəsində Türkiyənin İraqa istənilən yardımın göstərilməsinə hazır olduğunu bildirib. 

Short URL: http://www.cumhuriyyet.net/?p=14828

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728