8 yaşlı məktəblidən pandemiya ilə mübarizə aparan DİN əməkdaşlarına dəstək: “Azərbaycan polisi!” +VİDEO

15.06.2020 - 11:49

Ölkəmizdə koronavirusa qarşı mübarizənin əsas ağırlığının həkimlərlə yanaşı, həm də Azərbaycan polisinin üzərinə düşdüyü şübhəsizdir. Ölkədəki karantin rejiminin icrasına nəzarət edən polisin, pandemiya dönəmində ölkə vətəndaşlarına xüsusi qayğı və diqqətlə yanaşdığı, onları maarifləndirməklə yanaşı, həm də ehtiyacı olan yüzlərlə ailəyə ərzaq yardımı göstərdiyi, bütün humanitar aksiyalarda yaxından iştirak etdiyi, hətta küçə və meydanlardakı quşlara, yiyəsiz heyvanlara belə sahibləndiyi günümüzün qürurverici reallıqlarından biridir.
Moderator.az xəbər verir ki, Laçın rayon sakini, hazırda Sumqayıt şəhəri “Sarıqaya” massivində məskunlaşan 8 yaşlı İmranlı Zəhra Ayaz qızı pandemiya ilə savaşan Azərbaycan polisinə dəstək məqsədi ilə maraqlı ilkə imza atıb. Onun səsləndirdiyi “Azərbaycan polisi” şeirində daxili işlər orqanı əməkdaşlarının koronavirusa qarşı mübarizə dönəmində göstərdiyi fədakarlıq, bu fədakarlığın ürəklərdə doğurduğu sevgi və rəğbət bütün incəliyi ilə öz əksini tapıb.
Xatırladaq ki, bu, pandemiya dönəmində Azərbaycan polisinə dəstək məqsədi ilə yazılan və ifa edilən ilk şeirdir. Zəhra İmranlı tərəfindən səsləndirilən şeirin müəllifi isə jurnalist-tarixçi Seymur Əliyevdir.
Azərbaycan polisinə, onun böyük əməyinə həsr edilən şeiri oxucuların diqqətinə çatdırırıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=148297

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728