MN: Ermənilərin cəbhədəki vəziyyətlə bağlı dünənki və bugünkü məlumatları ziddiyyət təşkil edir
verənlərlə bağlı ötən gün və bu gün yaydığı məlumatlar bir-biri ilə
kəskin ziddiyyət təşkil edir”.
Nazirlikdən bildirilib ki, erməni tərəfi ötən gün yaydığı
dezinformasiya xarakterli məlumatda guya Azərbaycan Silahlı Qüvvələri
bölmələrinin təxribat qruplarının onların nəzarətində olan əraziyə
keçməsinin qarşısını aldıqlarını bildirib: “Bu gün isə yaydıqları
məlumatda onlar guya erməni mövqelərinin arxasına keçən Azərbaycan
diversiya qruplarının basdırdıqları minaları zərərsizləşdirdiklərini
söyləyirlər. Bunlar, göründüyü kimi, bir-birinə zidd məlumatlardır. Bir
məlumatda xəbər verirlər ki, Azərbaycan Ordusunun diversiya qruplarının
sızmasının qarşısını alıblar, digərində isə bildirirlər ki, bu qruplar
ermənilərin arxasına keçərək mina basdırıblar. Erməni tərəfi bu cür
informasiyalar yaymaqla ilk növbədə həqiqəti gizlətməyə çalışır. Hərbi
baxımdan uğursuz əməliyyatlarını, digər tərəfdən isə öz itkilərini ört
basdır etməyə cəhd göstərirlərВ».
Nazirlikdən onu da deyiblər ki, Azərbaycan Ordusunun ön mövqelərinə
basqın etməyə cəhd edən erməni təxribat qrupunun hərbi
qulluqçularımızın sayıqlığı nəticəsində əvvəlcədən aşkarlandığından geri
çəkilərkən minaya düşdüyü ehtimal olunur: “Ermənilər böyük ehtimalla bu
itkilərini də növbəti dəfə öz xalqından gizlətməyə çalışacaqlar”.
Short URL: http://www.cumhuriyyet.net/?p=14833