Azərbaycanlı ana və balanı öldürən qız həbs edildi
PRESS-in məlumatına görə, 2 il əvvəl Qaziosmanpaşada Reyhan Hüseynzadə
(45) ilə qızı Günay Hüseynzadəni (24) bıçaqlayan 17 yaşlı məktəbli qıza
11 il 8 ay həbs cəzası verilib.
edək ki, məktəbli qız azərbaycan əsilli Reyhan Hüseyinzadənin evinə
qonaq gəlibmiş. Burada ev sahibi ilə qonaq arasında bilinməyən
səbəblərdən münaqişə yaranıb. Nəticədə qonaq üzərində olan bıçaqla
R.Hüseynzadəni belindən vurub.
bıçaqlanmasını görən Günay qışqıraraq qonşuları köməyə çağırıb. Bundan
sonra məktəbli 22 yaşlı gənc qızı da bıçaqlamağa başlayıb. Boğazından və
döş qəfəsindən bıçaqlanan gənc qızı və anasını evdə qoyan məktəbli
qaçıb. Səs- küyə gələn qonşular hadisə yerinə dərhal polis və təcili
yardın çağırıblar. Xəstəxanaya aparılan ana və qız həkimlərin bütün
səylərinə baxmayaraq xilas edilə bilməyiblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=14835