Bu il ərzində Azərbaycanda yaradılan sənaye müəssisələrinin sayı açıqlanıb

26.12.2014 - 12:32

“Bu il ölkədə 40-a yaxın orta və iri sənaye müəssisəsi açılıb, 30-dan çox sənaye müəssisəsi yaradılmaqdadır”.
 APA-nın
məlumatına görə, bunu bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin
Mətbuat Şurası ilə birgə KİV nümayəndələri arasında təşkil etdiyi
“Sənaye ili”nə həsr olunmuş “Azərbaycan sənayesi yeni inkişaf
mərhələsində” mövzusunda yaradıcılıq müsabiqəsinin yekunları ilə bağlı
keçirilən tədbirdə iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi
Səfərov bildirib.
N. Səfərov deyib ki, Azərbaycan
iqtisadiyyatının yeni inkişaf mərhələsi “Əsrin müqaviləsi” ilə başlayıb.
Sənayeləşmə siyasəti prezident İlham Əliyev tərəfindən davam etdirilib.
Onun
sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu, “Şahdəniz-2”, TAP və
TANAP layihələri Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol
oynayacaq.
Hazırda Azərbaycanda ərzaq məhsulları,
tikinti materialları, avtomobil, mebel və digər sənaye məhsulları
istehsal olunduğunu söyləyən N. Səfərov qeyd edib ki, hazırda Azərbaycan
sənayesinin bir sıra məhsulları xarici bazarlarda rəqabət aparır.
Yaradılmaqda
olan sənaye parklarından söz açan nazir müavini prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin Azərbaycanı regionun
ən güclü sənaye mərkəzinə çevirəcəyini vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=14836

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728