Azərbaycanlı oliqarxa divan tuturlar
Respublikasının Ali Məhkəməsi bu günlərdə azərbaycanlı iş adamı,
“Uxtaneftqazgeologiya” ASC-nin baş direktoru, Komidəki yerli
azərbaycanlı icmasının lideri, regional Dövlət Şurasının deputatı Akif
Sayadovun həbs müddətinin daha iki ay uzadılması barədəki vəsatətə
baxdı. Və bu biabırçı vəsatəti təmin etdi. Vəkillərin apelyasiya
şikayəti isə baxılmamış saxlandı.
başqasının əmlakını mənimsəmə ittihamı ilə oktyabrın 27-də həbs olunub.
Elə həmin gün də Kominin paytaxtı Sıktıvkar şəhərinə aparılıb və
barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Dekabrın 24-də həbs
müddəti bitdiyindən qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.
CM) 160-cı (ona etibar olunmuş özgə əmlakını mənimsəmə) və 174.1-ci (pul
vəsaitləri və əmlakın cinayətkar yollarla leqallaşdırılması) maddələri
ilə ittiham olunur.

üçün avadanlıqların alınması, çatdırılması və saxlanması üzrə
müqavilələr imzalayarkən şirkətin təxminən 42 milyon rubl vəsaitini
mənimsəyərək nəqdləşdirib.
Azərbaycana səfər edərkən bu səfərlərdə olduğu müddətdə özünə maaş
yazılmasına göstəriş verib, bu zaman ezamiyyət və ya məzuniyyətdə
olmasına dair heç bir sənəd təqdim etməyib, bununla da ona şəxsi
məqsədlərlə xərclədiyi pullar (1,2 milyon rubl) heç bir əsas olmadan
ödənilib, nəticədə isə ASC-yə maddi ziyan dəyib.
təcridxanasından videoəlaqə vasitəsilə danışdı. Onlara suallar verdi.
Soruşdu ki, Kominin mərkəzində istintaq təcridxanası ola-ola onu ucqarda
niyə saxlayırlar, məhkəməyə niyə aparmırlar.

tədbirinin yumşaldılmasını, müttəhimin 3 milyon rubl müqabilində zaminə
və ya ev dustaqlığına buraxılmasını tələb etdi, bu tələbini bir neçə
tutarlı arqumentlə əsaslandırdı.
Rusiyadakı Azərbaycan diasporunun 64 nüfuzlu nümayəndəsinin, habelə
A.Sayadovun çoxsaylı nüfuzlu həmkarlarının müraciətləri, nəhayət,
A.Sayadovun aldığı çoxsaylı dövlət mükafatları və fəxri fərmanlar da
var.
RF CM-ə görə, həbs qərarı verilərkən müttəhim barədəki müsbət
xarakteristika yüngülləşdirici hal kimi nəzərə alınır.
təcridxanasına köçürülməsini də tələb etdilər. Bu tələb daha ciddi
əsaslara söykənir. Belə ki, A.Sayadov ağır onkoloji xəstəlikdən əziyyət
çəkir. O, 6 kurs kimya terapiyası müalicəsi alıb, müalicə planı isə 2
illiyə nəzərdə tutulub.
ki, A.Sayadovun ona qoyulmuş bu diaqnozla çox yaşamaq şansı elə də böyük
deyil. Digər tərəfdən, Rusiya Cinayət-Prossesual Məcəlləsinin 109 və
110-cu maddələri də məhkəməyə barəsində ağır xəstə olması haqda tibbi
rəy verilmiş şəxsin həbs müddətini uzatmaq hüququ vermir.

rezonans doğuran “Maqnitskinin işi” sizə görünür, dərs olmayıb. İndi
məhkəmənin qeyri-qanuni qərarları ucbatından daha bir müttəhimin
təcridxanada ölməsi ehtimalı çox realdır. Özü də o, elə istintaq
dövründə vəfat edə bilər. Təəssüf ki, istintaq və məhkəmə sanki kardır
və bizim dəlilləri eşitmirlər. Nə etməli?! Siz beləcə də davam edin.
Amma nəzərə alın ki, siz mənim müvəkkilimin ölümündə günahkar
olacaqsınız”.
Hakimlər vəkillərin “Akif Sayadov istintaqdan qaçıb gizlənmək niyyətində
deyil” sözlərinə də məhəl qoymadı.
xoşuna gəlmədi. O, yenə də iddia etdi ki, şübhəli şəxs azadlığa çıxan
kimi istintaqın bitməsini gözləməyərək guya qaçıb gizlənəcək.
heç olmasa videoəlaqə vasitəsilə öz fikirlərini bildirmək imkanı
yaratdı.
monitordan da aydın görmək olardı) biznesmen bildirdi ki, məhkəmə
zalında baş verənlər ədalət mühakiməsi prosesindən daha çox ona divan
tutulması prosesini xatırladır, hakimlər isə bütün dəlil-sübutları
açıq-aşkar qulaqardına vururlar.

kimi ağır vəziyyətdə olan xəstə və yaşlı bir adamın dərmansız,
müalicəsiz, özü də təcridxanadakı dəhşətli şəraitdə saxlanmasının adı
işgəncədir. İstintaqla əlbir olan yerli həkimlər məni öldürməyə
çalışırlar. Cənab hakim, əgər ədalətli qərar verməsəniz, siz də mənim
ölümümdə günahkar sayılacaqsınız”.
payızından etibarən dinlənildiyini məhkəmə heyətinin nəzərinə
çatdırdılar. Halbuki məhkəmə qərarı olmadan telefonları dinləmək RF CM-ə
görə cinayət tərkibli əməldir. Lakin məhkəmə burada da qanun pozuntusu
“görmədi”.
Cəsarətlə deyirəm ki, bu cinayət təqibi gec-tez dayandırılacaq. Burada
yox, başqa instansiyalarda dayandırılacaq. Burada baş verənlərin isə
cinayət hüququna heç bir aidiyyəti yoxdur” – deyə vəkil Aleksey Knyazev bildirdi.
ittihamnaməyə daha ciddi maddələrlə tövsif olunan əməlləri (məsələn, ən
azı terrorçuluğu maliyyələşdirmək) əlavə etmək üçün sənədləri
saxtalaşdırmağa da qol qoyub. Həmin saxta sənədlər isə A.Sayadovun son
illər ərzində guya ABŞ, İraq, Suriya və Ukraynaya dəfələrlə səfərlər
etdiyini “sübuta yetirir”.
“Məni xilas edin, cənab prezident!”
Cənab prokurorlar, nəyə görə yalan danışırsınız? Doğrudanmı aydın deyil
ki, məni “zakaz ediblər”, məni məhv etmək istəyirlər. Mən buradan
prezident Putinə müraciət edirəm: cənab prezident, məni xilas edin” –
deyə oliqarx videoəlaqə zamanı yalvardı.
mahiyyətini nəzərə alanda acı və məşum səslənirdi: “İstintaqda təsadüfən
mənim müvəkkilimin “əl-Qaidə”nin və ya “İslam Dövləti”nin yaradılması
ilə əlaqəsinin olduğuna dair irad yoxdur ki? Və ümumiyyətlə, nəyə görə
ona bu cür əzab verirsiniz? Yaxşısı budur ki, dərhal öldürün, əzab
çəkməsin. O, kiçik, təkadamlıq kamerada, ventilyasiyasız şəraitdə
saxlanılır, nəfəs ala bilmir, üstəlik onunla ünsiyyət yaratmağa da imkan
verilmir. Müdafiə etdiyimiz şəxslə normal danışa bilmirik, onunla
birbaşa ünsiyyətə icazə verilmir. Bizə məlumdur ki, o, bir neçə dəfə
huşunu itirib. Nəinki Rusiya qanunları, beynəlxalq konvensiyalar, hətta
işgəncələrə qarşı Cenevrə Konvensiyası da birbaşa pozulur”.
hakimlərə təsir etmədi. Məhkəmə heyəti A.Sayadovun gələn il fevralın
26-na qədər həbsdə saxlanılması haqda qərar verdi.
Sayadovun açıqlamaları
Sıktıvkara qədər minlərlə kilometr yol gedən əməkdaşı üçün çox vacib
idi, ancaq prokuror buna israrla icazə vermirdi. Amma hələ də aydın
deyil ki, onun ürəyi necə yumşaldı və cəmi iki dəqiqə vaxt ayırdı.
sadiqəm. Mən xalqımı utandıracaq heç nə etməmişəm. Görünür, mənim
burada – Rusiyada qazandığım uğurlar kimlərinsə xoşuna gəlmədi və mənə
divan tutmağa qərar verdilər. Mən öz xalqımı sevirəm… Bədbəxtlikdən,
mən ölmək üzrəyəm və xahiş edirəm hamıya çatdırasınız ki, Sayadov heç
vaxt heç kimdən bir qəpik də götürməyib. Bütün bu ittihamlar mənim
düşmənlərimin yalanıdır. Ancaq Allah böyükdür. O, hər şeyi görür. Şadam
və sonsuz minnətdaram ki, xalqım məni xatırlayır. Bir qəpik də olsun
dövlət vəsaitini mənimsəməmişəm. Bizim müəssisələrimiz tenderlərdə
iştirak edib və qazma avadanlıqları alınıb. Avadanlıqlar heç yana
itməyib və öz dəyərindən bir neçə dəfə çox qazanc gətirib, şirkətə böyük
gəlir verib. Müəssisədə bu avadanlıqların olması müstəntiqlərə il yarım
əvvəldən məlum idi. Ona görə də başa düşmürəm ki, məni nədə ittiham
edirlər. Yəqin ki, məhkəməyə qədər sağ qalmaram. Ona görə də Azərbaycan
xalqına çatdırın ki, mən günahsızam…”
Sayadovdan onun rəqibləri qisas alır və söhbət adi reyderlikdən gedir: “Rusiyada “bespredel” o həddə çatıb ki, reyderlər dövlət müəssəsini ələ keçirirlər. Məhkəmənin bugünkü qərarı biabırçılıqdır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=14841