Səfər Əbiyevdən qəribə açıqlama- “İşim var…”
Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov
azadlığa buraxılıb. Sabiq müdafiə naziri Səfər Əbiyevin sadiq
kadrlarından olan Şahin Sultanovun ev dustaqlığına buraxılması böyük
əks-səda doğurub. Azvision.az keçmiş müdafiə naziri ilə əlaqə saxlayaraq
vitse-admiralın azadlığa buraxılmasına münasibət öyrənməyə çalışıb.
“Səfər müəllim, bildiyimiz kimi, Şahin Sultanov ötən gün azadlığa
buraxıldı. Bu barədə fikirlərinizi bilmək istərdik. Onun azad
olunacağını gözləyirdinizmi”- sualına cavabında S.Əbiyev deyib: “Narahat olmayın, hər şey yaxşıdır. Heç bir problem yoxdur. Bu barədə danışmağa vaxtım yoxdur. İşim var indi, getməliyəm”.
Qeyd edək ki, Şahin Sultanovla Səfər Əbiyev orduda eyni vaxtda xidmət
ediblər. Zakir Həsənov isə ordu rəhbərliyinə gətirildikdən bir müddət
sonra Şahin Sultanov barəsində həbs-qəti imkan tədbiri seçilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=14849