Gülən Ərdoğanın qarşısında şərt qoydu
“Gülən camaatı”nın lideri olan Fəthullah Gülən Türkiyə prezidenti Rəcəb
Tayyib Ərdoğanla hansı halda barışa biləcəyini açıqlayıb. O, son
çıxışlarından birində ad çəkmdən Ərdoğana işarə vuraraq deyib ki, xalqın
qarşısında öz yalan və böhtanlarına, oğurluqlarına görə üzr istəsə onu
bağışlaya bilər.
“Dedikləri yalanları, iftiraları, etdikləri oğurluqları, haramlıqları,
intiqam hisslərini etiraf edib, “millətdən üzr istəyirik” desələr, zatən
bu, günah işləmiş insanın tövbəsi kimidir. Allah onu qəbul edər, biz də
edərik. Yoxsa onlardan üzr istəmək onlar kimi olmaq deməkdir. Bundansa
ölmək yaxşıdır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=14851