“Sus Fəzail, danışma”: Fəzail Ağamalının ifşa tarixçəsi – FOTO+VİDEO

19.06.2020 - 09:31

Birinci, İkinci, Üçüncü, Dördüncü və Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş 73 yaşlı Fəzail Ağamalı yenidən deputatdır və bu “duptat” bu gün illərdir Azərbaycan siyasi mühitində KARDİNAL mövqeyində olmuş Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevi hədəf seçib. Adam danışır eee… Axi sən kimsən, Fəzail Ağamal? Cavabı cumhuriyyet.az olaraq tarixin və medianın arxivindən verəcəyik. İlk əvvəl
Ramiz Mehdiyevlə bağlı fotofakt
Aşağıda cumhuriyyet.az olaraq təqdim etdiyimiz fotoşəkil 80-ci illərin əvvəllərində çəkilib. Sovet Azərbaycanı… Kommunist Partiyasının Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi Ramiz Mehdiyev Bakıdan Kirovabad (indiki Gəncə) şəhərinə – Texnologiya İnstitutuna gəlib. İnstitutun kafedra müdiri Fəzail Ağamalıyev təşkil etdiyi marksizm-leninizim üzrə ictimai elmlər kabineitinin işi ilə Ramiz Mehdiyevi tanış edir…
Yenidənqurmanın ilk dövrləri… Fəzail Ağamalı bir neçə ildən sonra Azadlıq meydanında milyonlarla insanın qarşısında çıxış edəcək və Leninin qurduğu dövləti “imperiya” adlandıraraq azadlıq mbarizəsinə rəhbərlik edən Elçibəyin yanında duracaq. Ramiz Mehdiyev isə sonralar müstəqil Azərbaycanın Respublikasında Prezident Administrasiyasının rəhbəri olacaqdı… Elçibəy demişkən,
“Fəzail kimi təxribatçılar” yaxud alınına qalmaqal yazılmış siyasətçi
Fəzail Ağamalının siyasi fəaliyyəti 60-ci illərin sonundan, tələbəlik dövründən start götürüb. Gizli tələbə dərnəyindən başlayan siyasi fəaliyyət Milli Azadlıq Hərəkatında açıq müstəviyə keçir. Cənab Ağamalı Milli Azadlıq Hərəkatının fəallarından biri olur. Və sonra… Sonradan Fəzail Ağamalı Azərbaycanın siyasi səhnəsində ən qalmaqallı siyasətçilərdən biri hesab olunur. Onun ilk qalmaqalı isə 1994-cü ilə təsadüf edir… Bununla bağlı cumhuriyyet.az xatırladır ki, o zaman Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin birinci müavini və nazir əvəzi olan Ağamalı dövrün baş naziri Sürət Hüseynovla aralarında yaşanmış qalmaqala görə vəzifəsindən istefa vermək məcburiyyətində qalmışdı. Əgər bu ilk olmaqla həm də, son qalmaqal olsaydı Fəzail Ağamalının qalmaqallı siyasətçi obarzı formalaşmazdı… Fəzail Ağamalının mərhum prezident Əbülfəz Elçibəylə “ANS”-in səhnəsində qaşılaşması da yaddaşlardan silinəcək olay olmadı. O zaman Əbülfəz bəyin Fəzail müəllimə “Sus Fəzail, mənim yanımda danışma” deməsi ilə onu susdurması mediada və ictimai arenada müzakirə mövzusu oldu. Əcəba, Fəzail Ağamalı hansı günahın sahibi olub ki, Əbülfəz bəydən bu cavabı alıb da susdu?

Sonralar Zərdüşt Əlizadənin “Elçibəyin dəstəsində Fəzail kimi təxribatçılar vardı” deməsi az da olsa Əbülfəz bəyin Fəzail Ağamalını susdurmasına aydınlıq gətirmiş oldu…
2007-ci ilin martında Fəzail Ağamalı ilə sabiq həmkarı Hüseyn Abdullayev arasında yaşanan olay… Milli Məclisin iclasında deputat Hüseyn Abdullayev hökumətin hesabatının deputatlara əvvəlcədən təqdim olunması ilə bağlı tələblə çıxış edərkən Fəzail Ağamalının «otur aşağı» deməsi onu təbdən çıxarmış və iki deputat əlbəyaxa olmuşdur. Davadan əvvəl isə deputatlar bir-birini “yağlı” söyüşlərə qərq etmişdilər…
Dünənə qədər Ramiz Mehdiyev yaxşıydı?
Google axtarış sistemində Fəzail Ağamalının Ramiz Mehdiyevlə yanaşı adlarını yazdıqda Mehdiyevin vəzifədə olduğu dönəmlərə aid fərqli fikirlərə rast gəlirik. Həmin fikirlərdən bəzilərini cumhuriyyet.az olaraq xatırlatmağa dəyər: “Ölkədə həyata keçirilməsi gözlənilən dəyişikliklərə qarşı hər hansı müqavimət istisna edilir. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin öz geniş məqaləsində də qeyd etdiyi kimi, əqidəsində müəyyən problemlər olan, tutulan yola sədaqət nümayiş etdirə bilməyən, fəaliyyətində yeniliyi ortaya qoymağı bacarmayan, tükənən məmurlar yeni komandada yer ala bilməyəcək”, “Hesab edirəm ki, Ramiz Mehdiyevin bu məsələyə aidiyyəti yoxdur. Ramiz Mehdiyev heç vaxt istəməz ki, dövlət qurumları və məmurlar arasında bu cür gərgin münasibətlər olsun. Bir daha deyirəm ki, bu sadəcə Məleykə Abbaszadənin təkəbbüründən və karyerist olmasından irəli gəlir”,
Heydər Əliyevə də qarşı olub, adamın salamın almayıblar
Elə bu məqamda cumhuriyyet.az olaraq Eldar Sabiroğlunun mediada dərc olunmuş bir xatirəsini diqqətinizə çatdırırıq: “1993-cü ilin iyun ayının sonu idi. Cəbhə-Müsavat hakimiyyəti dövründə nazir əvəzi işləyən Ağamalının nə qədər indiki hakimiyyətə səmimi olduğunu bilsəm də, sonralar bunu unutmağımı özümə bağışlaya bilmirəm. Prezident Əbülfəz Elçibəy Kələkiyə qaçmışdı. Heydər Əliyev üçün hakimiyyəti ələ almağa real imkan yaranmışdı. Böyük siyasi təcrübə sahibi olan H.Əliyev ölkə parlamentinin qanuni imkanları sayəsində hakimiyyəti götürdü. O zaman həm jurnalist, həm də Heydər Əliyev tərəfdarı olaraq Milli Məclisə dəvət almışdım. Fasilədə rəhmətlik Mahal İsmayıloğlu ilə birlikdə parlamentin böyük dəhlizində divara yapışdırılmış iri güzgünün qarşısında dayanmışdıq. Siqaret çəkmək istəyirdik, amma yoxumuzdu. Bu an sanki Allah Fəzail Ağamalını yetirdi və ondan siqaret xahiş edəndə əlini cibinə atıb Malbura siqaretini şıxardı və tezcədə geri qaytarıb o biri cibindən rus Kosmosunu çıxarıb bizə verdi və kinayəli halda-olduğu kimi yazıram, kaftarı gətirdiniz, ölkədə vətəndaş müharibəsi qaçılmazdır,-deyə Heydər Əliyevin ünvanına ağır ifadələr işlətdi. Sübut etmək çətindir, Mahal dünyada yoxdur.
Sonradan bağışlanılmaz səhvimlə F. Ağamalı deputat oldu. Necəliyini ana vətənçi gözəl bilir. YAP Mərkəzi Aparatı bütünlüklə ona qarşı idi. Əli Nağıyevin mənimlə ilk incikliyi də buradan başladı və onun haqlı olduğunu etiraf edirəm. Vəziyyət elə gətirdi ki, 2000-ci il parlament seçkilərindən kənarda qaldım. Səhərisi Ağamalı mənimlə bütün əlaqəni kəsdi və telefon zənglərimə də cavab vermədi.
Gün gəldi biz görüşdük. Zahid Dünyamalıyevin bacısı qızının Batamdartda hüzr yerinə Baş Prokurorun müavini Xanlar Vəliyevlə bərabər getmişdik. Çadırın önündə Fəzaillə üz – üzə gəldik. Əlini uzadıb salamlaşmaq istədikdə əlimi geri çəkdim və dedim sənə salam verməyi günah bilirəm. Güldü və məni qucaqlayaraq, haqlısan söylədi”.

***

Vəzifə heç kəs üçün əbədi olmadığı kimi Ramiz Mehdiyev üçün də əbədi deyilsə, manadt və partiya sədrliyi də Fəzail Ağamalı üçün əbədi deyil.  Heydər Əliyevlə, sonra İlham  Əliyevlə bu dövləti uğurlu tandem şəklində idarə edən, sabitliyin saxlanması, beynəlxalq təhlükənin zərərinin minimuma endirilməsində prezidentlə birlikdə rol oynayan ağsaqqal siyasi xadimə qarşı bu cür mövqeyə an yaxşı halda  vicdansız qiymət demək olar.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=148517

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031