İntiqam Əliyevin səhhəti yaxşı deyil

26.12.2014 - 20:55

Vəkil Şəhla Hümbətova həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevə baş çəkib.
İntiqam Əliyev avqustun 8-də tutulub. Hüquq Maarifçiliyi Cəmiyyətinin
rəhbəri olan İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən
sui-istifadə etmə, qanunsuz sahibkarlıq, mənimsəmə və israf etmədə
ittiham edilir.
Dekabrın 26-da “Media forum” saytına danışan vəkil Şəhla Hümbətova
bildirib ki, Bakı İstintaq Təcridxanasında saxlanan İntiqam Əliyevin
istintaqı yekunlaşıb: “İş məhkəməyə göndərilir. Artıq işlə tanış
olmuşuq.
İntiqam müəllimin əhvalı yaxşıdır. Amma səhhəti pisdir, yuxusuzluqdan
və baş ağrılarından əziyyət çəkir. Onun çox ciddi müalicəyə ehtiyacı
var. Hərəkətsiz qaldığı üçün ayaqları tutulur. Bütün bunlara baxmayaraq
İntiqam müəllim şikayətlənmir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=14852

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930