Neftçilərə şad xəbər: tanışlıq keçməyəcək…
Gələn ildən başlayaraq Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyində hər bir işçinin öz inkişaf proqramı olacaq.
Virtualaz.org saytı xəbər verir ki, bunu ARDNŞ-in vitse-prezidenti Xalik Məmmədov bildirib.
Vitse-prezident deyib ki, şirkətin müəssisə və ya idarələrində
aparılan yerdəyişmələr zamanı hansısa kiçik məmur öz tanışını və ya
qohumunu qabağa çəkmək istəyə bilər. Amma şirkət bu problemi tamamilə
yox etməyə çalışır.
“İnsan Resursları Departamenti yaradılandan sonra şirkətdə işçilər
“bir pəncərə”dən işə qəbul edilirlər. İşçilərin öz inkişaf proqramı
olandan sonra isə hamsısa məmur yerdəyişməyə müdaxilə edə bilməyəcək” –
deyə X.Məmmədov bildirib.
X.Məmmədov qeyd edib ki, inkişaf proqramı işçiyə peşəsində yüksəlmək imkanı verəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=14854