Azərbaycanda koronavirus xəstəsi canlı yayımda vəziyyətindən şikayətləndi

21.06.2020 - 23:19

1 saylı Kliniki Mərkəzdəki koronavirus xəstələri müəssisədə dərman və həkim çatışmazlığından şikayət edir. Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə sözügedən xəstəxanada müalicə alan Bəhruz Əliyev paylaşım edib.

O qeyd edib ki, beş gün əvvəl koronavirusa yoluxduğunu öyrənib: “Artıq beş gündür koronavirusa yoluxmuşam və 1 saylı Kliniki Tibbi Mərkəzin 3-cü korpus, 2-ci mərtəbəsinə yerləşdirilmişəm. Buranın işçi heyətinin infeksiya şöbəsi ilə əlaqəsi yoxdur. Onların virusdan anlayışları yoxdur. Yenə də çox sağ olsun xadimələr və tibb bacıları, kifayət qədər əziyyət çəkirlər. Beş gündür ki, bu mərkəzə başqa müəssisələrdən həkim cəlb olunmur. Qızdırma ilə yanaşı boğaz ağrıları da şiddətlənib. Bir dərman da yoxdur içməyə. Ancaq “Parasetamol” verirlər. Bu gün temperaturum yüksəldi, xəstəxanada səs-küy saldıqdan sonra baş həkim reaksiya verdi. Onun tapşırığı ilə mənə sistem qoşdular. Bu xəstəxanada heç bir həkimin koronavirus infeksiyasından anlayışı yoxdur. TƏBİB təcili bu məsələyə baxmalıdır. Təcili surətdə bura həkim infeksionistlər göndərilməlidir. Palatalarda hər an kimsə ölə bilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=148576

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930