Torpaq sürüşməsi nəticəsində evsiz qalan sakinlər üçün tikilən evlər istifadəyə verildi

27.12.2014 - 14:30

008-ci il iyulun 8-də Qusar rayonunun Sudur inzibati ərazi
dairəsinə daxil olan Qənərçay kəndində baş verən torpaq sürüşməsi
nəticəsində evləri qəzalı vəziyyətə düşən sakinlər üçün Fövqəladə Hallar
Nazirliyi (FHN) tərəfindən yeni yaşayış evləri tikilib.
APA-nın
şimal bürosunun xəbərinə görə, Qusar rayonunun Qənərçay kəndi
ərazisində inşası başa çatan 16 fərdi yaşayış evi bu gün sakinlərin
istifadəsinə verilib.
 Açılış mərasimində çıxış
edən Qusar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid
Fərəməzov sakinləri yeni inşa edilən evlərin istifadəyə verilməsi
münasibətilə təbrik edib.
 FHN-in Şimal Regional
Mərkəzinin rəisi Şahin Mirzəyev kəndin dəniz səviyyəsindən 1900 metr
yüksəklikdə yerləşdiyi üçün tikinti zamanı bəzi çətinliklərin
yarandığını bildirib. Buna baxmayaraq, FHN tərəfindən tikinti işləri
yüksək səviyyədə həyata keçirilib və yaşayış evləri müasir tələblərə
cavab verir.
 Tədbirdə bildirilib ki, Qusarın Urva
kəndində də torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşən sakinlər
üçün də yeni evlər tikilib və yaxın günlərdə istifadə veriləcək.
 İstifadə verilən yaşayış evləri 2, 3, 4 və 5 otaqlıdır. Bunlardan 7-si 2 otaqlı, 7-si 3 otaqlı, 1-i 4, 1-i isə 5 otaqlıdır.
 Qeyd
edək ki, rayon mərkəzindən 62 km uzaqlıqda, dəniz səviyyəsindən 1900
metr yüksəklikdə yerləşən Qənərçay kəndində 62 ev var. Kənd sakinlərinin
sayı isə 390 nəfərdir. Torpaq sürüşməsi nəticəsində evləri dağılan
sakinlər üçün yeni evlərin tikintisi FHN-in vəsaiti hesabına həyata
keçirilib. Tikilən 16 evlə yanaşı, hər vətəndaş üçün 6 sot torpaq sahəsi
də ayrılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=14861

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930