Koronavirus pandemiyası dövründə Füzuli bu gün
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq, insanların
sağlamlığını qorumaq məqsədilə Füzuli rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı tədbirlər, sosial izolyasiya işləri ardıcıl və sistemli şəkildə davam etdirilir.
Bununla yanaşı aqrar rayon olan Füzulidə insanlar karantin rejiminin tələb və övsiyyələrinətriayət etməklə yaşayır və işləyirlər.
Artıq 2020-ci ilin birinci yarım ili başa çatmaq üzrədir. Cari ilin 6 ayının nəticələrini indidən Füzuli rayonu üçün əlverişli hesab etmək olar. İpəkqurdu bəsləyərək yüksək gəlir əldə edən füzulili kümçülər bu il də 47 ton yaş barama istehsal edərək qısa müddət ərzində bu sahədən 430 min manat pul qazanıblar. Rayonun müxtəlif yaşayış məntəqələrində ipəkqurdu bəslənilməsinə ümumilikdə 5 min nəfərə yaxın məcburi köçkün cəlb olunub, onların məşğulluğu təmin edilib, sosial-rifah halları yaxşılaşdırılıb.
Rayonda 700 ha sahədə strateji məhsul olan pambıq, 280 ha sahədə şəkər
çuğunduru əkilmiş, ayrı-ayrı yaşayış məntəqlərində və həyatyanı torpaq sahələrində bol bostan-tərəvəz məhsulları yetişdirilmişdir. Pambıq, şəkər çuğunduru və bostan-tərəvəz
sahələrinə vaxtlı-vaxtında aqrotexniki qulluq göstərilmiş, suvarma suyu ilə təmin edilmişdir.
Rayon ərazisində 2700 ha sahədə yaradılan Aqroparkda taxıl, soya, qarğıdalı və digər kənd təsərrüfatı məhsulları becərilir, 82 hektar sahədə isə badam bağı salınmışdir.
Füzuli rayonunda əhalinin heyvandarlıq və bostan-tərəvəz məhsullarına olan
tələbatı yerli istehsal hesabına ödənilməklə, respublika bazarına da bir sıra məhsullar çıxarılır, əhalinin məşğulluğu təmin edilir.
Rayonun işğaldan azad olunmuş ərazisində tikinti-quruculuq abadlıq işləri də
davam edir. Horadiz şəhərində Dövlət Bayrağı Meydanının ərazisində Bayraq
Muzeyinin, Bala Bəhmənli kəndi ərazisində Mərkəzi rayon Xəstəxanasının, Heydər
Əliyev Fondunun hesabına Bala Bəhmənli kənd tam orta məktəbinin, Arayatılı
Əhmədbəyli və Mahmudlu-2 kəndlərində uşaq bağçalarının, Aşağı Yağlıvənd kəndi
ərazisində barama qurutma məntəqəsinin, Əhmədalılar kəndində 35 fərdi yaşayış
evinin, kərpiv evlər adlanan ərazidə məskunlaşan məcburi köçkün ailələri üçün 95 evin tikintisi davam edir. Azərbaycan Respublikası Baş Nazirinin tapşırığına əsasən aidiyyəti dövlət qurumları tərəfindən Füzuli rayonu ərazisində işğal dövrü yandırılmış və dağıdılmış lakin, bu günə kimi bərpa olunmamış fərdi yaşayış evlərinin əsaslı təmir-bərpa olunması üçün xüsusi komissiya yaradılmış, ayrı-ayrı yaşayış məntəqəsində olan həmin evlərə baxış keçirilmişdir. Yaxın zamanda həmin evlərin də bərpa olunmasına başlanılacaqdır.
Prezident İlham Əliyevin Sərəncamına əsasən Horadiz şəhərinin və ətraf
kəndlərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri həyata keçirilir.
Bununla yanaşı Füzuli rayonunda bir sıra problemlər də mövcuddur. Belə ki,
hazırda rayonun işğaldan azad olunmuş ərazisində 18-20 min nəfər əhalinin yaşamalı olduğu halda, hazırda burda 70 minə yaxın məcburi köçkün məskunlaşıb yaşayırlar. Bu Da əhali sıxlığına, onların torpaq, suvarma suyu, işlə təmin olunmasında çətinliklər yaradır.
Bütün bunlara baxmayaraq Füzulililər nikbindirlər, gələcəyə ümidlə baxırlar.
Cəbhə bölgəsində yaşayan Füzulili məcburi köçkünlər inanırlar ki, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gecəli-gündüzlü
yorulmaz fəaliyyəti, müdrik və düşünülmüş qərarları nəticəsində biz koronovirus epidemiyasına da qalib gələcəyik.
Prezident cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın bu ağır və çətin günlərdə necə işlədiyini, xalqın qayğısı ilə yaşadığını, hər zaman olduğu kimi insanların yanında olduğunu Füzulililər yaxşı bilirlər və Azərbaycan vətəndaşı olaraq bundan qürur
duyurlar.
Short URL: http://www.cumhuriyyet.net/?p=148621