Çin və Tailand arasında “uğurlu” saziş – Banqkok uyğurları Pekinə satır

27.12.2014 - 14:55

Çinin zülmündən qaçaraq xilas olmağa çalışan uyğurlar yenidən Çinə təhvil verilir. 
Musavat.com-un məlumatına görə, Tailand və Çin qeyri-qanuni
miqrant və terror məsələsində razılığa gəlib. Mart ayında Çinin
zülmündən qaçaraq Tailanda keçən və orada tutulan uyğur türklərindən
şəxsiyyəti məlum olanlar Çinə qaytarılacaq. Tutulan 300 uyğurdan
bəzilərinin şəxsiyyəti artıq məlumdur. 
Uyğur türklərinin Çinə qaytarılması isə onların qətliamı deməkdir. Böyük ehtimalla onların hamısını edam edəcəklər.
Bu dəhşətli hadisə isə tarixin üz qarası olan “Boraltan körpüsü”nü yada saldı. 
“Boraltan körpüsü” hadisəsi nə idi? 
Türk tarixində türkün türkə etdiyi böyük xəyanətlərdən biri! 
Azərbaycanlılar rus zülmündən qaçaraq Boraltan körpüsünü keçib
Türkiyəyə pənah gətirib. Türk hökuməti isə onları geri qaytarıb. Bu
hadisə tarixdə türkün üz qarası kimi qalıb. 

Short URL: http://www.cumhuriyyet.net/?p=14868

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728