Xədicəni həbs etdirən jurnalist saxlanılıb?
verən və intihara sövq edilməsində onu suçlayan jurnalist Tural
Mustafayev bu dəqiqələrdə saxlanılıb. Axar.az xəbər verir ki, jurnalist
bu barədə özünün Feysbuk profilində məlumat verib.
T.Mustafayev profilində telefonuna zəng çatmayacağı təqdirdə atası ilə əlaqə saxlamağı xahiş edib.
Atası Bulud Mustafayev Axar.az-a açıqlamasında isə bildirib ki, hazırda
Göyçaydadır və oğlu da az öncə yanında idi: “Onun həbs xəbərini ilk
sizdən eşidirəm. Bir yerdə idik, az öncə dostları ilə çay içməyə getdi.
Həbsinə inanmıram. Bəlkə də onun profilini ələ keçiriblər”.
B.Mustafayev yayılan xəbərlə bağlı dəqiqləşdirmələr aparacağını deyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=14871