Avrasiya İttifaqı SSRİ-yə çevrilmə yolunda ilk addımı atdı

27.12.2014 - 15:06

Modern.az xəbər verir ki, Ermənistanda Avrasiya İttifaqına daxil
olduqdan sonra idxalı qadağan ediləcək məhsulların siyahısı dərc olunub.
Həmin məhsulların idxalı yalnız Ermənistana deyil, ümumiyyətlə,
Avrasiya İttifaqının ərazisində qadağan olunacaq.

Təbii ki, bu məhsullar arasında gündəlik tələbat malları olmasa da,
qadağa zinət əşyalarına da şamil edilməyib. Siyahıda müxtəlif sosial
təbəqəli insanların hobbi, əyləncə, istirahət və s. üçün istifadə
etdikləri məhsullar var. Yəni aydın olur ki, insanlar Avrasiya
birliyinin məhsullarını əldə etməyə məcbur edilir. Bir növ, sovet
dövrünün “importnı mal” anlayışı geri qayıdır. O zamanlardakı kimi,
gözəl və keyfiyyətli xarici məhsulları əldə etmək üçün Qərb ölkləri ilə
gizli əlaqələrin olmalı idi.

Avrasiya İttifaqının yaranmasında ictimai narahatlıq doğuran
məqamlardan biri Rusiya prezidenti Vladimir Putinin bu layihə ilə
faktiki olaraq, süqutunu faciə kimi dəyərləndirdiyi Sovet İttifaqını
bərpa etmək istəyidir. Bu məramları barədə hətta Putin 2012-ci ilin
dekabrında ABŞ Dövlət katibi Hillari Klintona da açıq söyləmişdi.

Avrasiya İttifaqının Ermənistandakı tərəfdarları isə birliyin SSRİ
olmadığını müdafiə edir. Amma ilkin əlmaətlər artıq var – bəzi
məhsulların idxalının qadağan olunması. Mahiyyəti etibarilə, bu addım
sovet insanlarına məxsus psixologiyanı bərpa edir. Həm də bu
psixologiyaya xas yeni korrupsiya riskləri də yaranır.

Putin axmaq deyil və yaxşı anlayır ki, SSRİ-ni ilk növbədə insanların
şüurunda və psixologiyasında bərpa etmək lazımıdr ki, sonradan siyasi
və iqtisadi planda da tez bərpa edə bilsin. İctmiyyət, ictimai qüvvələr
imperiyanın bərpa olunmasına qarşı sırf siyasi formatda mübarizə aparır.
Əslində isə imperiya içərindən – psixologiya, düşüncə, ictimai dəyərlər
və s. bərpa olunur.

Müqavimət məhz bu istiqamətdə təşkil olunmalıdır. Çünki əgər
imoperiyanı bərpa edənlər və onların əlaltıları ictimai psixologiyanı bu
yöndə adaptasiya edə bilsələr, siyasi və iqtisadi müqavimət göstərmək
xeyli çətinləşəcək. Bu isə SSRİ-nin dağılmasın zamanı müxtəlif xalqların
və cəmiyyətlərin verdiyi itkilərdən daha çox insan həyatı tələb edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=14872

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728