İŞİD ali təhsilli insanları axtarmağa başlayıb
Enerjisinin
az qala hamısını döyüşlərə xərcləyən İŞİD terror təşkilatı “dövlət”
infrastrukturunu yaratmaq üçün lazımı imkanları tapmaqda çətinlik çəkir.
Təşkilat maliyyə və sağlamlıq mövzularında ciddi çətinliklər yaşayır.
Xüsusilə Mosulda içməli suyu təmizləmək üçün lazım olan xlor
tapılmır. Hepatit və digər yoluxucu xəstəliklər sürətlə yayılır. Bölgədə
olan jurnalistlər isə İŞİD-in nəzarətində olan ərazilərin açıq həbsxana
halına gəldiyini bildirir.
“İslam Dövləti” şəxsi pulunu dövriyyəyə buraxacağı və pasport
hazırlayacağına söz versə də, bunları etmək hələ mümkün olmayıb. Həkim
və müəllim çatışmazlığının yaşandığı bölgədə ali təhsili olan hər peşə
qrupundan insanlara ehtiyac var. Təşkilat artıq döyüşəcək üzvlər
əvəzinə, peşə sahibləri olan insanları axtarır.
ABŞ-ın “Vaşinqton Post” qəzetinin xəbərinə görə, təşkilatın liderləri
internet vasitəsilə həkim, tibb bacısı, vəkil, mühəndis və
mühasibatçıların Suriyaya cəlb edilməsi üçün çalışır.
Short URL: http://www.cumhuriyyet.net/?p=14873