Türklərdən ruslara zərbə
Rusiya vətəndaşlarının Türkiyəyə giriş qaydaları 2015-ci il yanvarın 1-dən dəyişəcək.
PRESS-in Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin saytına
istinadla verdiyi məlumata görə, Türkiyə hökumətinin Rusiya vətəndaşları
üçün verdiyi qərar bu il dekabrın 31-də qüvvəsini itirəcək. Qərarda rus
turistlər üçün verilən viza müddəti başa çatsa, həmin müddətdə xarici
pasportun müddəti bitsə belə, 60 gün ölkə ərazisində qalmaq mümkün idi.
gələn il yanvarın 1-dən etibarən isə Rusiya vətəndaşları üçün
müəyyənləşdirilən yeni qayda sərtləşdiriləcək. Belə ki, vizadan əlavə,
xarici pasportun müddətinin bitməsinə ən azı 60 gün qalmış Rusiya
vətəndaşları ölkəni məcburi tərk etməlidirlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=14877