Azan səsi Hollivud ulduzunu islama gətirdi

29.12.2014 - 02:22

Hollivudun məşhur aktyorlarından olan Liam Nison İslam dinini qəbul
edir. ANS PRESS-in məlumatına görə, film çəkilişi üçün Türkiyənin
İstanbul şəhərində olan aktyor azan səsinin təsirində qaldığını deyir.
İngiltərə mətbuatı bildirir ki, şimali irlandiyalı katolik – dindar
ailənin övladı olan 59 yaşlı Nison İstanbulda İslam dinini araşdırmağa
başlayıb. Bu barədə aktyor özü telekanallardan birində qonaq olduğu
proqramda danışıb: “Gündə 5 dəfə azan oxunur. İlk bir həftə bu səs sizi dəli edir. Sonra
isə ruhunuza işləməyə başlayır o gözəl səs. Şəhərdə (İstanbulda) 4 000
məscid var. Bəziləri çox gözəldir və müsəlman olmaq barədə düşünməyinizə
səbəb olur”.
İnanc məsələsini mütəmadi olaraq araşdırdığını deyən aktyor bildirib ki,
həmişə tanrının yoxluğu və ateizm barədə kitablar oxuyub. “Mən bir katolik kimi yetişdirilmişəm. Amma, məncə hər gün fərqində
olmadan özümüzə, “bu planetdə nə işimiz var, bunların mənası nədir?” –
kimi suallar veririk. Tanrı, tanrının yoxluğu və ateizm barədə çoxlu
kitablar oxuyurdum”.

Xatırladaq ki, 2012-ci ildə nümayiş olunan, Liam Nison və Meqqi Qreysin
baş rollarını paylaşdığı “Taken-2” (Girov-2) filminin bir hissəsi
İstanbul şəhərində çəkilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=14889

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728