Mikayıl Cabbarovun müəmmalı kadr transferləri

29.12.2014 - 09:59

Bakı təhsilinə hay-hayla rəhbər gətirilən gənc kadr niyə vay-vayls geri aparıldı?..

 

 

Təhsil
Nazirliyində kadr və struktur islahatlarının nəticəsində ötən ildən
təhsil sahəsinə gələn gənc kadrların bəzilərinin sonrakı aqibəti nədənsə
müəmmalı qalıb. Mikayıl Cabbarovun təyinatından az sonra nazirliyin
informasiya şöbəsinə müdir vəzifəsinə gətirdiyi Elnur Əliyevin
timsalında bunu deməyə əsas var. Həm Bakıda, həm də xaricdə hüquqşünas
ixtisası üzrə təhsil almış E.Əliyevin gənc kadr kimi yüksək vəzifəyə
irəli çəkilməsinin, təbii ki, nazirliyin fəaliyyətində müsbət
dəyişikliklər yaradacığına ümidlər olmamış deyildi. Uzun müddət təhsil
sistemində oturuşmuş kadrların sürətlə əvəzlənməsi M.Cabbarovun nazir
kimi fəaliyyətə başladığı ilk dövrlərdə dəyişikliyə inam da yaratmışdı. Hər
kəs gözləyirdi ki, 90-cı illərdən qalmış və artıq yaşlanmış bəzi
məmurların daha gənc, enerjili mütəxəssislərlə əvəzlənməsi səmərəsini
verəcək. Lakin ötən müddət ərzində bu gözləntilərin özünü doğrultmaması
təəssüf hissi doğurur.

Bundan əlavə, yeni kadrların da bir yerdən digərinə tez-tez transferi
bəzi müəmmalı suallara yol açır. Keçən dərs ilinin başlanması ərəfəsində
nazirin əmri ilə Elnur Əliyev Bakı şəhəri üzrə Təhsil İdarəsi müdirinin
birinci müavini vəzifəsinə təyin olunmuşdu. Keçmiş müdir Nailə
Rzaquliyevanın tutduğu vəzifədən azad olunmasından sonra idarənin müdiri
vəzifəsi birinci müavin E.Əliyevə həvalə olundu. Mətbuatda təhsil
sisteminə В«İçərişəhərВ»dən gəldiyinə dair məlumatlar yayılan E.Əliyevin
bir illik fəaliyyəti dövründə Bakı təhsilində nə kimi uğurlu islahatları
həyata keçirdiyi, hansı müsbət dəyişikliklərə imza atdığını deyə
bilmərik. Ən azı ona görə ki, bu barədə nə rəsmi xəbərlərdə, nə də
məktəb həyatının reallığında əsaslı bir yeniliyə rast
gəlməmişik. Əksinə, ötən dövrdə E.Əliyevin haqqında daha çox nazirin
yaxın adamı, hətta, bəzi məlumatlarda xalası oğlu kimi təqdim edilən
biri kimi təhsilin bir sıra sahələrini В«özəl olaraq kurasiya edənВ»
məmur imici formalaşıb. Biz onun barəsində mətbuatda yayılmış В«qara
qutuВ» oxşatmasının səbəblərini, xaricdə təhsilə göndərilənlərin
seçilməsi proseduru və ya xaricdə verilmiş diplomların tanınmasında söz
sahibi olmasına dair məlumatların özəlliyinə də varmırıq.

 

Görünən odur ki, В«uğurlu kadr islahatıВ» kimi təqdim olunan Elnur
Əliyevin təyinatının hansı səmərə verdiyini söyləməkdə çətinliklər var… Daha maraqlısı isə odur ki, E.Əliyevin Bakı şəhəri üzrə Təhsil
İdarəsinə rəhbər vəzifəyə gətirilməsi nə qədər təm-təraqlı təqdim
edilmişdisə, onun həmin vəzifədən getməsinə dair rəsmi məlumat
verilmədi. Ümumiyyətlə, N.Rzaquliyevadan sonra idarəyə müdir təyin
olunmayıb. Hazırda idarənin rəsmi internet səhifəsində də müdir bölməsi
boşdur. Müavinlər bölümündə isə yalnız 3 müavinin adı göstərilir ki,
E.Əliyev isə onların sırasında yoxdur.

M.Cabbarovun В«yaxın adamıВ»nın qəfil gətirildiyi vəzifədən səssizcə
uzaqlaşdırılması təbii ki, suallar yaradır. Nazirlikdən Bakı təhsilinə
gətiriləndən sonra da В«eyni funksiyalarıВ» yerinə yetirən Elnur Əliyevin
200-dən çox orta məktəbin işinə rəhbərliyi nəyi dəyişdi? Yoxsa, bu
transferlə Elnur Əliyev üzərinə düşən missiyanı 1 il ərzində tam yerinə
yetirmiş sayılır? Bəs nəzərdə tutulan dəyişikliklər,
В«perspektivli kadr islahatıВ» vədləri nə oldu? Ötən il ərzində barəsində
yalnız tənqidi çıxışlar, müraciətlər, xəbərlər yayılan Elnur Əliyevin
yenidən əvvəlki işinə qaytarılması nazir M.Cabbarovun növbəti В«kadr
islahatıВ»dır, yoxsa bu В«səssiz transferinВ» özəl səbəbləri var?

Bu sualların ünvanlandığı Təhsil Nazirliyinin mətbuat xidmətinin
rəhbəri Cəsarət Valehov Analitik.az-a bildirib ki, Bakı şəhəri üzrə
Təhsil İdarəsində müdir müavini vəzifəsi Elnur Əliyevə həvalə edilmişdi.
Hazırda isə E. Əliyev Təhsil Nazirliyində informasiya şöbəsinin müdiri
vəzifəsində çalışır və fəaliyyətini davam etdirir.

Bu qədər… əlavə məlumat verilmir. Ancaq digər mənbələrdən daxil olan
məlumatlarda məsələnin göründüyü qədər sadə olmadığı, E.Əliyevin
gəliş-gedişinin təfərrüratları barədə kifayət qədər ilginc xəbərlər
dolaşır. Əvvəlcə, dövriyyəyə E.Əliyevin, guya, təhsil sistemində
oturuşmuş kadrlarla baş-başa gəlməsi səbəbindən nazirliyə geri
aparılmasına dair məlumatlar buraxılıb. Guya, M.Cabbarov özünə
yaxın adamını В«qoca qartallarınВ» əlindən alaraq, daha sakit – əvvəlki
vəzifəsinə qaytarıb. Lakin, bununla yanaşı, В«qayıdışınВ» nazirin özünün
də iradəsindən asılı olmadığına, özəl səbəblərinin mövcudluğuna dair
məlumatlar daha ilgincdir. Səbəblərin, xüsusilə, E.Əliyevin özü ilə,
şəxsi keyfiyyətləri ilə bağlı olduğu, M.Cabbarovun isə başqa seçimi
olmadığından təm-təraqlı təyinatını geri götürmək məcburiyyətində
qaldığı bildirilir. Təhsil sisteminə kənardan gəlmiş E.Əliyevin bəzi В«
qəribə özəllikləriВ» ilə də təhsil mühitinə uyğun olmadığına dair daha
yuxarı (həm də vacib) orqanların məlumatlandırılması onun səssizcə В«geri
çağırılmasınıВ» labüd edib.

Deyilənə görə, hazırda işlədiyi şöbə müdiri vəzifəsi də onun üçün son
yüksək vəzifə ola bilər. Söhbət təkcə E.Əliyev barəsində 1 il ərzində
mətbuatda yayılan oxşatmalardan, xaricdə təhsil və diplomların
tanınması, təhsil işçilərinin narazılığına səbəb olan В«nəzarət
mexanizmВ»lərindən getmir. Daha doğrusu, əslində bu məlumatlar
səbəb deyil. Əsl səbəb kifayət qədər müəmmalı və inanılmaz məlumatlarla
bağlıdır. Bunu fakt olaraq nazirin də bildiyi və yaxın adamının
təyinatının uğursuzluğu ilə barışdığı söylənilir.

Hər halda Elnur Əliyevin Mikayıl Cabbarovun çox yaxın, həm də inanılmış
adamı olmasını təkzib edən rəsmi və ya qeyri-rəsmi açıqlamalara rast
gəlməmişik. Bu gün də şöbə müdirinin nazirə çox yaxın olduğu deyilir. Onların
arasında münasibətlərin dəyişməsindən söhbət getmir. Ən azı bu baxımdan
Təhsil Nazirliyinin В«E.Əliyev müəmmasıВ» elə müəmma olaraq da
qalmaqdadır…Necə ki, nə Bakıda, nə də ümumi respublika üzrə təhsilin
keyfiyyətində gözəçarpan dəyişiklik yoxdur…(analitik.az)

 

 

 

 

Ə.MƏMMƏDOV

Short URL: http://www.cumhuriyyet.net/?p=14891

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728