Lerikin icra başçısı sahibkarı hədələyir

29.12.2014 - 10:21

Rayon rəhbəri obyektini sökdürdüyü iş adamından məhkəmə iddiasını geri götürməyi tələb edir…

Rayon rəhbəri obyektini sökdürdüyü iş adamından məhkəmə iddiasını geri götürməyi tələb edir…

 

 

“İcra
başçısı mənə təzyiq edir. Rövşən Bağırov məni çağırıb hədə-qorxu
gələrək tələb edir ki, məhkəmə iddiasını geri götürək. İcra başçısı
bildirir ki, Ali Məhkəmənin sədri Ramiz Rzayevlə, ədliyyə naziri Fikrət
Məmmədovla şəxsən danışmışam, qoymaram ki, məhkəmə iddiası təmin
olunsun. Deyir ki, onlar mənim dostumdur”.

Bu sözləri Lerikdən olan
sahibkar Elman Məmmədovun qardaşı Aydın Məmmədov “Yeni Müsavat”a
bildirib. Onun sözlərinə görə, qardaşı rayonun başçısı Rövşən Bağırovu
əmlakını sökdürdüyü üçün məhkəməyə verib və bu məsələni qəzetimizdə
ictimailəşdirəndən sonra ailəyə təzyiqlər başlanıb. İcra başçısı
sahibkarın qardaşı ilə Bakıda görüşüb və onu məhkəmə iddiasını geri
götürmək tələbi ilə hədələyib: “Bizim prezidentdən başqa ümid yerimiz
qalmır. İcra başçısı məhkəmə sədriniə tapşırıq verirsə, onda bu ölkədə
niyə yaşayırıq? Rövşən Bağırov dedi ki, 2010-cu ildə bizim iddiamızı
təmin edən hakim Nizami Hümbətovu işdən çıxartdırıb. Bu, necə məhkəmədir
ki, icra başçısının sözü ilə oturub-durur? Bizi o həddə çatdırıblar ki,
Azərbaycan vətəndaşlığından imtina edək”.
A.Məmmədov
daha sonra qeyd edib: “Mənə deyir ki, məhkəmə iddianı təmin etsə, həmin
hakimi burada işləməyə qoymayacağam. İndi nazir Fikrət Məmmədov Rövşən
Bağırovla dostdursa, bizim hüquqlarımız tapdanmalıdır? Bizi hədələyir
ki, iddianı geri götürməsəniz, aqibətiniz pis olacaq. Mən Azərbaycan
prezidentindən, milli təhlükəsizlik nazirindən, baş prokurordan, Ali
Məhkəmə sədrindən xahiş edirəm ki, bu məsələ ilə maraqlansınlar.
Başçının özbaşınalığı haqda dəfələrlə ölkə başçısına və aidiyyəti
qurumlara teleqramlarla müraciət etmişik. Görünür, havadarları çoxdur.
Bu havadarlardan prezidentin xəbəri varmı? İş o yerə çatıb ki, bədbəxt
hadisə baş verə bilər”.
Xatırladaq ki, sahibkar
2006-cı ildə rayonda neft anbarının özəlləşdirilməsi üçün müvafiq
sənədləri Dövlət Əmlak Komitəsinə təqdim edib. 2007-ci ildə neft anbarı
E.Məmmədov tərəfindən özəlləşdirilib. E.Məmmədov bir müddət fəaliyyət
göstərə bilib. Ancaq elə ki, neft anbarında yenidənqurma işləri aparmağa
başlayıb, icra başçısı ondan aylıq “haqq” istəyib. Sahibkar imtina
edəndə məhkəmə qərarı olmadan obyekti sökdürülüb. Lerik Rayon Məhkəməsi
2010-cu ilin martında sahibkarın iddiasını təmin edib. Sahibkar icra
başçısının ona vurduğu 56 min manat ziyanı təzminat olaraq tələb edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=14896

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728