“Azadlıq” radiosunun bağlanması dövlətlərarası münasibətlərə təsirsiz ötüşməyəcək”

29.12.2014 - 10:48

Arif Əliyev: “Ya bu barədə əvvəlcədən müzakirələr olub, ya da…”

Prokurorluq əməkdaşlarının
“Azadlıq” radiosunun Bakı ofisinin redaksiyasında həyata keçirdiyi axtarış, bunun
ardınca redaksiyanın qapadılması ölkə gündəmini məşğul edən əsas məsələlər
sırasındadır. Baş verən bu olayın fərqli aspektlərdən şərhinə səbəb sözügedən
radionun ABŞ tərəfindən maliyyələşməsi, bir növ ABŞ-ı təmsil etməsi ilə
bağlıdır. Təsadüfi deyildir ki, baş verən məlum olaydan sonra KİV-ə açıqlama
verən bəzi ekspertlər bunu hakimiyyətin Ağ Evə meydan oxuması kimi dəyərləndirib.
Onların fikrincə, hakimiyyət bununla ABŞ-la razılaşmaq, onun mövqeyini nəzərə
almaq məcburiyyətində olmadığını növbəti dəfə ortaya qoymuş oldu.

Maraqlıdır, “Azadlıq”
radiosu ilə bağlı baş verənlər hakimiyyətin ABŞ-a meydan oxuması kimi dəyərləndirilə
bilərmi? Bu, ABŞ-Azərbaycan münasibətlərində yeni bir gərginliyə yol açacamı?

Bununla bağlı “Hürriyyət” qəzetinə açıqlama verən “Yeni Nəsil”Jurnalistlər
Birliyinin sədri Arif Əliyev hesab edir ki, bu, heç bir halda iki dövlət
arasındakı münasibətlərə təsirsiz ötüşə bilməz: “Azadlıq” radiosu ilə bağlı
baş verən məsələ sadəcə media hüquq və azadlığına aidiyyatı olan məsələ deyil,
bu həm də dövlətlərarası münasibətlər məsələsidir. Çünki “Azadlıq” radiosunun
Azərbaycandakı fəaliyyəti bizim və sizin fəaliyyətimizdən fərqli sənədlərlə tənzimlənir.
Bu, dövlətlərarası müqavilə və razılaşmalarla tənzimlənir. Biz dəfələrlə
müşahidə etmişik ki, “Azadlıq” radiosu ilə bağlı məsələ dövlətlərarası müzakirələrə
səbəb olub. Odur ki, əminəm ki, baş verənlər dövlətlərarası münasibətlər üçün təsirsiz
ötüşməyəcək. Bununla bağlı ya iki dövlət arasında əvvəlcədən hansısa müzakirə
olmalı idi. Belə bir müzakirənin olub-olmadığını dəqiq deyə bilmərəm. Ya da bu,
sonrakı mərhələdə xeyli gərginlik yaradacaq”.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=14899

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728