İraq və Suriyada xarici döyüşçülərin sayı artır
29.12.2014 - 10:51

ABŞ kəşfiyyat orqanlarının rəsmiləri
İraq və Suriyada xarici döyüşçülərin sayının noyabr ayının əvvəlində 16
mindən hazırda 18 minə qədər artdığını təxmin edir. Onlar özlərini
İslam Dövləti adlanan qrupun bir hissəsi hesab edir.
Bu yeni tendensiya deyil. ABŞ qanunvericiləri bu ayın əvvəli keçirilən dinləmələrdə narahatlıqlarını bildiriblər.
Ed Roys: “Verilən xəbərlərə görə İslam Dövləti qrupu hər ay 1000 yeni döyüşçünü özünə cəlb edir.”
Qərbdən gələn döyüşçülərin sayı da yüksəkdir. Bu rəqəm hazırda 3 mindən çoxdur.
Kəşfiyyat orqanlarının rəsmiləri yüksək rəqəmlərin səhv ola
bildiyini deyərək, bir çox ölkələrin öz vətəndaşlarının cəbhəyə
getməsini indi daha yaxşı nəzarət etdiyini bildirir.
Bu yaxınlarda İndoneziya ölkədən gedən xarici döyüşçülərin sayının
daha da dəqiqləşdirərək, müttəfiq ölkələr və xaricdə yaşayan
indoneziyalılara əsasən əldə edilən məlumatları qeyd edib.
Almaniya və İspanıya kimi ölkələrdə bu yaxınlarda xarici döyüşçü ola biləcək şəxslər həbs edilib.
Türkiyə rəsmilərinin artan səyləri nəticəsində isə döyüşçülərin sərhədi keçmə cəhdləri azalıb.
Bu səylərin döyüş meydanlarında öz təsirini nə zaman göstərəcəyi
sualının cavabında kəşfiyyat orqanlarının yüksək səviyyəli rəsmisi
Amerikanın Səsinə bunun hələ bir qədər vaxt aparacağını bildirib (“Amerikanın səsi”).
Short URL: http://www.cumhuriyyet.net/?p=14900