Məhbusu döyüb öldürən “nadzor”ların adı açıqlandı
Öən məhkumun bacısı: “Bu hadisəyə görə birbaşa müəssisənin rəisi, onun müavinləri cavabdehdir”
14
saylı çəzaçəkmə müssisəsində Rza Ağalı və daha 10 məhbusun “kars”a
salınması haqda məlumat yayılıb. Cenubnews.com-un yaydığı xəbərdə Elşad
Babayevin döyülərək öldürülməsində iştirak edən cəzaçəkmə müəssisəsi
əməkdaşlarının adları da çəkilir. Həmin yazını təqdim edirik: “Artıq 14
saylı cəzaçəkmə müəssisəsində məhkumların həyatı getdikcə ağırlaşır.
ki, 10 nəfərdən çox məhbus cəzaçəkmə müəssisəsində keçirilən etiraz
aksiyasında iştirak etdiyi üçün cəza kamerasına salınıb. Həmin məhbuslar
arasında Masallı rayonunda şərlənərək 7 il azadlıqdan məhrum edilən
dindar Rza Ağalı da var. Hazırda həbsxana daxilində ciddi araşdırmalar
gedir, bundan sonra da etiraz aksiyasında iştirak edən digər
məhkumlardan “kars”a salınacağı gözlənilir. Əsasən həbsxananın “işverən”
məhkumları öldürülən idmançı məhkum Elşad Babayevin ətrafında olmuş
məhbusların üzünə durur və bundan sonra həmin məhkumlar cəza kamerasına
salınır. Daxil olan məlumatda o da deyilir ki, artıq həbsxanada “qanuni
rejim” aktivləşib. Belə ki, məhkumlara həftədə iki dəfə telefonla
danışmaq üçün yeni qayda tətbiq edilib.
məcburi olaraq yeməkxanalara aparılır. Həbsxanada olan digər bir
yeməkxana həbsxana rəhbərliyi tərəfindən bağlanılıb. Həbsxanada
“yuxarı”dan gəlmiş məmurlar hadisə barədə ciddi araşdırma aparır.
Məhbuslar yeməkxanada olan dözülməz şəraitdən narazıdırlar.Yeməklər
yağsız və ətsiz olur. Bütün məhkumlara yemək çatdıra bilmirlər. Məhkum
Elşad Babayevi işgəncə ilə öldürən 5 nadzor – Firdovsi, Faiq, Rahid,
İsmayıl və Vüqar həbsxana ətrafında gözə dəymir. Görüşə gələn ailələr
yaxınları ilə çətinliklə görüşə bilirlər”.
Ağalının qardaşı Bəxtiyar Ağayev islamazeri.az-a deyib ki, belə bir hal
qardaşının da başına gələ bilərdi. B.Ağayev bildirib ki, qardaşı artıq 2
il 4 aydır ki, həbs olunduğu müddət ərzində demək olar ki, kars həyatı
yaşayıb: “Rzanın həyatı “kars”larda çürüyür. Onu həbs olunduğu müddət
ərzində hər zaman karsa salıblar. O, hər dəfə həbsxanada azan vaxtı azan
verdiyi üçün cəza kamerasına salınıb. Hətta qardaşıma o qədər işgəncə
veriblər ki, ciyərlərinə su gəlib. Bu an onun sağlamlığı təhlükədədir.
Amma bütün bunlara baxmayaraq, Rza şikayət etməyimizi istəmir. Onu da
deyim ki, heç kim Rzaya və onun timsalında digər mömin məhbuslara təzyiq
göstərə bilməz. Onlar birbaşa Allaha bağlı olan insanlardır”.
saylı CM-də məhbus həyatı yaşayan jurnalist Araz Quliyevin qardaşı da
nigaran olduğunu bidlirib. Azər Quliyev deyib ki, həbsxananın hansısa
bir nadzoru məhkumu döyüb öldürürsə, o, cəza çəkməlidir.
edək ki, E.Babayevin bacısı Simuzər Babayeva qardaşının meyiti
üzərində çoxsaylı işgəncə izlərinin olduğunu deyib və meyitin fotolarını
təqdim edib. Fotolardan görünür ki, E.Babayevin qollarında,
ayaqlarında, boynunda, belində, arxasında üzündə xəsarətlər var. “Onu
sanki filmlərdə göstərilən siyasi məhbuslar üçün həbsxanada döyüb
öldürüblər” -deyə S.Babayeva vurğulamışdı. “Mənim qardaşımı öldürüblər.
Dövlətdən tələb edirəm ki, onu öldürən şəxsləri müəyyən edib
cəzalandırsın”. Bunu “Yeni Müsavat”a 14 saylı cəzaçəkmə müəssisəsində
dünyasını dəyişən məhkum Elşad Babayevin bacısı Simuzər Babayeva deyib.
O, istintaqdan nəticə gözlədiyini açıqlayıb: “Fikrimi demişəm. Ürəyimizə
dağ basıblar. Həmin adamlar müəyyən olunub cəzalandırılmasa, daha ağır
zərbə vurmuş olacaqlar. Biz kiminsə günahsız olaraq qardaşımın ölümünə
görə cəzalandırılmasını istəmirik. Müstəntiqə də bunu demişəm. Dekabrın
10-da qardaşımla görüşmüşdüm. Görüşdən sonra özünü rejim rəisi kimi
təqdim edən Əli adlı məmurun qardaşımı divara dirəyərək ondan pul tələb
etdiyini gözümlə görmüşəm. Mən şahidi olmuşam ki, bu adam qardaşımı
hədələyir. Vicdanları varsa, araşdırmalıdır. Bu adamlar dayandırılmalı
və cəzalarını almalıdırlar. Ortada fakt var, şəkillər var, qardaşımın
meyiti var. Əgər bunlar olmasa idi biz danışa bilməzdik. O xəsarətləri
ona yetirən adamlar var. Bu adamların müəyyən olunmaması mümkün deyil.
Ora dövlətin cəzaçəkmə müəssisəsidir. Orada bu cür işgəncə verilməsi
mümkünsüzdür. Mümkün deyil ki, orada istintaq nəticə əldə etməsin. Mən
müəssisədə dəfələrlə olmuşam. Hər addımbaşı videokameralar quraşdırılıb.
Girişdə, çıxışda, çayxanada, yeməkxanada da kameralar var. Qardaşım
deyirdi ki, müəssisənin bütün ərazisini kameralarla izləyirlər.
Baxsınlar həmin kameraların yaddışına”.
deyib ki, müstəntiqə məhkumların yaxınlarından rüşvət alınması haqda da
məlumat verib: “Orada xüsusi bir otaq var. Rüşvət otağı deyirlər. Həmin
otaqda kamera yoxdur. Məhkumların yanına gələnləri ora salıb rüşvəti
alırlar. Bunu müstəntiqə dedim, rüşvət alınan yerin planını cızıb
vermişəm. Orada rəis 2 yeməkxana saxlayırdı. Həmin yeməkxanalardan biri
pullu idi. Hansı məhbusun yaxını ayda 100 manat verirdisə, ona nisbətən
normal şəraiti olan yeməkxanada və daha təmiz yeməklər verirdilər.
Digərində isə yemək ətsiz və içində hər cür natəmizlik olan vəziyyətdə
olub. Biz 100 manatı verməmişdik. Elşadın yanına yeməyi özümüz
aparırdıq. Qoy araşdırsınlar”.

14 saylı cəzaçəkmə müəssisəsində məhkumların saxlanma şəraiti haqda
bunları deyib: “Elşadı 2014-cü il sentyabrın 24-də ora göndərdilər. Ora
göndəriləndən sonra yanına gedəndə ona qara rəngli idman geyimi alıb
apardım. Sonrakı görüşdə həmin forma ağarmışdı. Səbəbini soruşdum, dedi
ki, müəssisənin yanındakı daş karxanalarının toz-torpağı, əhəngi
üst-başlarına hopur. Deyirdi ki, elə vaxt olur baraklarda tozdan nəfəs
ala bilmirik. Qışda müəssisədə şəraitin daha dözülməz olduğu haqda ona
danışmışdılar. Orada su yox kimidir. İçiləcək su deyil. Deyirdi ki,
burada qışda qarı əridib suyu içirlər. Təmizlik-gigiyena üçün də su
yoxdur. Ora hər gedəndə qapıda təcili yardım maşınları görürdüm. Elşad
deyirdi ki, içəridə ağır xəstələr çoxdur”.
müstəntiqin ona istintaqın gedişatı haqda məlumat vermədiyini də
söylədi: “Müstəntiq istintaq getdiyini əsas gətirib məlumat verməkdən
imtina etdi. Ona da dedim və bir də təkrarlayıram – mən vurmamışamsa
insan necə ölüb? Əlbəttə ki, bunun səbəbkarları var. Bu hadisə öz-özünə
baş verməyib! Bu hadisəyə görə birbaşa müəssisənin rəisi, onun
müavinləri, işçiləri cavabdehdir! Hətta məhbus da məhbusa şillə vursa
cavabdeh yenə rəisdir. Ora dövlət müəssisədir. Ora məmuru təyin edən də
dövlətdir. Əli Gülməmməd oğlu İbrahimov rəisdir, Hafiz Qulu oğlu Quliyev
onun əməliyyat işləri üzrə, Natiq Balağa oğlu Hacıyev tərbiyə işləri
üzrə müavinləridir. Başqa müavinləri də var. Çağırsınlar, sorğulasınlar.
Necə olub ki, bu 3 rəisdən birinin bu məsələdən xəbəri olmayıb? Mən bu
məsələnin araşdırılmasını tələb edirəm”.

musavat.coma son açıqlamasında bildirdi ki, qardaşının ölümü haqda
sosial şəbəkələrdə yayılan xəbərləri izləyir: “İsmayıl İsmayılov adlı
facebook istidafəçisi 14 saylı çəzaçəkmə müəssisəsində əsgər olduğunu və
işgəncələr haqda istənilən yerdə ifadə verməyə hazır olduğunu yazıb.
Çağırsınlar, soruşsunlar”.

postda “vıska”ya çıxanda “kars”da dustağı elə döyürdülər ki, səsi aləmə
yayılırdı. Ona vurulan dubinkanın səsi aydın gəlirdi. Elə bil insan yox,
heyvan döyürlər içəridə. Sən tələb et, prezidentə kimi yaz. Hər yerə.
Nəyə görə dustaqlar belə işgəncə ilə döyülməlidirlər. Dustaq azadlıqdan
məhrum edilir də. Daha başqa ondan ağır cəza var?”
Short URL: http://www.cumhuriyyet.net/?p=14901