“Bu gün, ya da sabah əfv sərəncamı imzalanacaq”- Novella Cəfəroğlu

O qeyd edib ki, həbsdəki şəxslər kimi onlar da əfv sərəncamının imzalanacağını böyük səbirsizliklə gözləyirlər.
Azərbaycan Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv
olunması haqqında sonuncu sərəncamı bu il oktyabrın 17-də imzalayıb.
Sərəncam ümumilikdə 84 nəfərə şamil edilib.
Həmçinin, bir müddət əvvəl Azərbaycan Prezidentinə əfv olunmaları ilə
bağlı müraciət edən “Nida” Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu,
Bəxtiyar Quliyev, Elsevər Mürsəlli və hüquq müdafiəçisi Həsən Hüseynli
də əfv sərəncamı ilə azadlığa buraxılıblar.
Short URL: http://www.cumhuriyyet.net/?p=14905