Bir milyon pul mənimsəyən iş adamının istəyi reallaşmadı

29.12.2014 - 11:20

Bakı Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan iş adamı
İlqar Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Qədim Babayevin sədrlik etdiyi
prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar qəbul
edilib. Hakimlər kollegiyasının qərarı ilə apelyasiya şikayəti təmin
olunmayıb.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində bizneslə
məşğul olan İlqar Məmmədov iflas edəndən sonra Azərbaycana qayıdaraq bu
dəfə Bakı şəhərində pul qazanmaq niyyətinə düşüb. Bu məqsədlə plan qurub
və pullu tanışlara üz tutub.
2008-ci ilin yayında tanışı Səttar Hacıyevə Dubaydan Azərbaycana içki və
neft quyularının qazılması üçün avadanlıqlar gətirəcəyini, Bakıda
biznes quracağını vəd edib. Əvvəlcə Səttardan 210 min manat, sonra 111
min manat, daha sonra isə 750 min manat alıb. Beləliklə, Səttar
Hacıyevin ümumilikdə 1 milyon manatdan çox pulunu mənimsəyib. İlqar
Hacıyev eyni üsulla Sədrəddin Məmmədovu da aldadaraq, onun 241 min
manatını, Sədrəddin Məmmədovun qardaşı Kərim Məmmədovun isə 200 min
manatını ələ keçirib.

Bu əməli ilə İlqar Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci
(etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə xeyli miqdarda ziyan
vurmaqla özgənin əmlakını ələ keçirmə) maddəsi ilə ittiham edilib. Bakı
Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 11 il müddətinə
azadlıqdan məhrum edilib. Hökmdən İlqar Məmmədov apelyasiya şikayəti
verib. O, şikayətində heç kimə qarşı dələduzluq etmədiyini, günahsız
olduğunu qeyd edib, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=14908

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728