“Əsgərlərimizin qisası birə on qat alındı”- Zakir Həsənov

29.12.2014 - 11:22

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov
qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il
bayramı münasibəti ilə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə
təbrik məktubu ünvanlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, nazir bildirib ki, 2014-cü
il xalqın, dövlətin və Silahlı Qüvvələrin həyatında əlamətdar və
yaddaqalan uğurlu hadisələrlə zəngin olub.
“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordunun
maddi-texniki bazası daha da möhkəmləndirilib, şəxsi heyətin
sosial-məişət problemləri ardıcıl olaraq həllini tapıb, müasir silah və
texnika alınıb, yüksək ixtisaslı peşəkar hərbçilər hazırlanıb. Şəxsi
heyətin döyüş ruhu və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir”,
– deyə, nazir bildirib.
Bu il cəbhədə baş verən hadisələrə toxunan nazir bildirib ki, vəziyyət
xeyli gərginləşdiyi vaxtlarda xalqımız növbəti dəfə Azərbaycan əsgərinin
fədakarlığının şahidi oldu: “İşğalçıların planlaşdırdığı
əməliyyatlar qabaqcadan aşkar olundu, onlar canlı qüvvə və döyüş
texnikasında xeyli itki verərək geri çəkilməyə məcbur edildi. Döyüşlərdə
şəhidlər versək də, xalqımız bilməlidir ki, hərbi qulluqçularımızın
qisası birə on qat alındı və bundan sonra da alınacaqdır. Biz düşmənə
tarixi torpaqlarımızda rahatlıq verməyəcək və Azərbaycanın ərazi
bütövlüyünü bərpa edəcəyik”.

Nazirin sözlərinə görə, düşmənlə təmas xətti, ölkəmizin həm dəniz, həm
də hava məkanı yeni və müasir silahlarla təmin edilmiş Silahlı
Qüvvələrimizin daim nəzarəti altındadır.
“İşğalçıların təxribatlarının qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaqdır”, – deyə, Zakir Həsənov bəyan edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=14909

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728