İsveçdə daha bir məscidi yandırdılar
İsveçin Eslyov şəhərindəki məsciddə yanğın hadisəsi baş verib.
Musavat.com-un “Reuters”ə istinadən verdiyi məlumata görə, hazırda
yanğın söndürülüb, zərərçəkənin olmadığı bildirilir. Polisdə hesab
edilər ki, kimsə ibadət evinə məqsədli şəkildə od vurub. Ancaq
cinayətkarın şəxsiyyəti hələ ki, dəqiqləşdirilməyib.
Qeyd edək ki, bu, son bir həftədə ikinci belə faktdır. Dekabrın
25-də Eskulstun şəhərindəki məscid də yandırılmış, 5 nəfər xəsarət
almışdı. Həmin hadisənin səbəbkarı da tapılmayıb.
Müşahidəçilər bu kimi halların siyasəti miqrantlara qarşı olan sağ
təmayüllü “İsveç demokratları” partiyasını fəallaşması fonunda baş
verdiyini vurğulayırlar.
Musavat.com
Short URL: http://www.cumhuriyyet.net/?p=14911