“Azadlıq radiosu”-na qarşı şübhəli iddialar
araşdırılması çərçivəsində “Azadlıq radiosu”na xaricdən külli miqdarda
pulun daxil olması barədə məlumat daxil olub.
APA-nın xəbərinə görə, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə istintaqa yaxın mənbədən məlumat verilib.
Məlumata əsasən, 2010-cu ildə radionun hesabına 760 min dollardan,
2011-ci ildə 570 min dollardan, 2012-ci ildə 700 min dollardan, 2013-cü
ildə 780 min dollardan, 2014-cü ildə isə 730 min dollardan çox vəsait
daxil olub.
Alınmış məlumatla əlaqədar olaraq məhkəmənin qərarı ilə bu il
dekabrın 20-də “Azadlıq radiosu”nun hesabına həbs qoyulub, dekabrın
26-da radionun yerləşdiyi binada axtarış aparılıb, sənəd və
avadanlıqların siyahısı çıxarılıb. Məkan möhürlənib və mühafizə altına
alınıb.
“Azadlıq radiosu”nun fəaliyyəti ilə bağlı bir sıra şahidlər
dindirilib. Onlardan biri, Şahvələd Namazov öz ifadəsində bildirib ki,
o, “Fərqli düşüncə” qəzetinin təsisçisidir. Qəzet 2009-cu ildə “Azadlıq
radiosu”nun saytında yayılan materialların dərc edilməsi məqsədi ilə
yaradılıb. Müqaviləyə görə, “Azadlıq radiosu” qəzetin hər nömrəsinə görə
onun bankdakı hesabına 900 manat, 2011-ci ilin oktybar ayının sonundan
etibarən 1300 manat köçürməyə başlayıb. Qəzet həftəlik qəzet olub və
bəzən ayda 1-2 dəfə işıq üzü görüb. Qəzet 2014-cü ilin may ayına qədər
dərc edilib və pulsuz paylanılıb.
“Hazrda “Azadlıq radiosu”nun fəaliyyəti araşdırılır və istintaq
zamanı artıq bir necə ciddi qanun pozuntusu faktı aşkarlanıb. İstintaq
orqanları radionun çirkli pulların yuyulmasında iştirak etməsindən və bu
pulların bir hissəsini mənimsəməsindən şübhələnir”,- deyə mənbə qeyd
edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=14915