SEPAH-a silahlı hücum: 3 nəfər həlak olub

29.12.2014 - 17:30

Dekabrın 28-i axşam saatlarında İranın Sistan-Bəlucistan əyalətinin Səravan məntəqəsində SEPAH-ın 3 üzvü öldürülüb.

“Media forum” saytının məlumatına görə, əyalətin hüquq mühafizə
qüvvələri komandanının müavini Əli Əsğər Mirşikari jurnalistlərə deyib
ki, SEPAH-çılar naməlum silahlı şəxslərin qəfil hücumuna məruz qalıb:
“SEPAH-çılar Əkbər Abdulla Nejad və Qüdrətulla Mandəni, eləcə də qurumun
nəzdində fəaliyyət göstərən “Bəsic” təşkilatının üzvü Musa Nəsiri Bayat
həlak olub. Hücumçular sərhədi keçərək Pakistan ərazisinə qaça
biliblər. Məsələ araşdırılır”.

Hücumçuların kimliyi bəlli olmasa da, hadisəni İranın sünni məzhəbli
bəluclarının milli və dini hüquqları uğrunda mübarizə apardığını iddia
edən, əsas hərbi bazaları Pakistan ərazisində yerləşən “Ceyşül-ədl”
(“Ədalət ordusu”) təşkilatının həyata keçirdiyi təxmin edilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=14916

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728