NEFT FONDU 336 MİLYON DOLLAR İTİRİB – Rublun ucuzlaşmasından

29.12.2014 - 17:35

İlin sonunda Rusiya iqtisadiyyatında baş verən proseslər,
xüsusilə də rus rublunun məzənnəsinin kəskin aşağı düşməsi Azərbaycan
Respublikası Dövlət Neft Fonduna (ARDNF) böyük məbləğə başa gəlib.
Fonddan fins.az-a verilən məlumata görə, rublun ucuzlaşması nəticəsində
Neft Fondunun bu ölkəyə yatırdığı investisiyaların gəlirliyi kəskin
azalıb, bəzi hallarda hətta zərərə çevrilib.

Neft pullarının cəmi 1,8%-i Rusiyaya yatırılıb

Qeyd edək ki, Dövlət Neft Fondunun İnvestisiya siyasətinə əsasən onun
vəsaitlərinin 50%-ə qədəri ABŞ dolları, 35%-ə qədəri Avro, 5%-ə qədəri
İngilis funt sterlinqi, digər 10%-i isə Rusiya rublu da daxil olmaqla
digər valyutalarda yerləşdirilir.

Fonddan verilən məlumatda bildirilir ki, dekabrın 25-ə olan məlumata
görə, ARDNF-in Rusiyaya etdiyi yatırımların dəyəri 673 milyon ABŞ
dolları olub ki, bu da ümumi investisiya portfelinin 1,8%-i qədərdir.
Fondun Rusiyaya yatırdığı investisiyalarının böyük hissəsi – 540 milyon
dollar və ya ümumi yatırımların 1,4%-i VTB Bankın səhmlərinə
investisiyanın payına düşür.
İnvestisiyaların 133 milyon dolları və ya 0,4%-i isə Moskva şəhəri
“Tverskaya 16” ünvanında yerləşən “Qalereya Aktyor” ofis-ticarət
mərkəzinə yatırılıb.

Rublun zəifləməsi aktivlərə mənfi təsir edib

ARDNF-dən verilən məlumata görə, Rusiyada iqtisadi artım templərinin
zəifləməsi, habelə regionda mövcud olan geosiyasi risklər Rusiya
rublunun və bir çox inkişaf etməkdə olan ölkələrin valyutalarının
ucuzlaşması ilə nəticələnib. Bu isə öz növbəsində ARDNF-nin Rusiya
rublunda ifadə olunan aktivlərinin gəlirliliyinə mənfi təsir göstərib.
“Qalereya Aktyor” ofis-ticarət mərkəzinin alqı-satqısı ABŞ dollarında
həyata keçirildiyinə görə, Rusiya rublunun məzənnəsinin dəyişməsi bu
yatırımın gəlirliyinə təsir etməyib. Əvəzində fondun rublla investisiya
yatırdığı VTB Bankın səhmlərinin dəyişməsi ARDNF-nin gəlirlərinə ciddi
təsir edib.

336 milyon dollar itirilmiş qazanc

Belə ki, dekabrın 25-ə olan məlumata görə, Neft Fondunun VTB Bankın
səhmlərinə yatırdığı investisiyanın bazar dəyəri ilk investisiya tarixi,
yəni 2013-cü il mayın 21-i ilə müqayisədə indiyədək 73,3% gəlir
(səhmlərin bahalaşması və dividentlər hesabına) gətirməli idi.

Amma Rusiya rublunun ucuzlaşması nəticəsində gəlirlik 62,3% azalaraq
11%-ə düşüb. Nəticədə Neft Fondu VTB Bankın səhmlərinə yatırdığı
investisiyadan 396,82 milyon dollar gəlir götürəcəyi halda, rublun
ucuzlaşması nəticəsində bu gəlir cəmi 54,4 milyon dollar və ya 11% olub.
Başqa sözlə rublun ucuzlaşması nəticəsində Neft Fondu təqribən 336,42
milyon dollar gəliri itirib.

İlin əvvəlindən 230 milyon dollar itirilib

Bu ilin əvvəlindən götürdükdə isə Neft Fondu VTB Banka
investiçyalardan nəinki qazanıb, hətta zərərə düşüb. Belə ki, ilin
əvvəlindən indiyədək VTB Bankın səhmlərinə sərmayədən 43,1% gəlirlilik
(qiymət artımı və divident gəliri) əldə olunsa da, Rusiya rublunun
dollara qarşısında məzənnəsi 48,5% aşağı düşüb. Nəticədə, Fond 43% gəlir
götürmək əvəzinə 5,3% zərərlə üzləşib. Başqa sözlə, ilin əvvəlindən
indiyədək Neft Fondu VTB Banka yatırımlardan təqribən 232,7 milyon
dollar qazanmalı olduğu halda, 31 milyon dollar zərərlə uzləşib.

“Qalereya Aktyor” daha sərfəli olub

Qeyd edildiyi kimi, Neft Fondunun Rusiyada digər iri yatırımı Moskva
şəhərində “Tverskaya 16” ünvanında yerləşən “Qalereya Aktyor”
ofis-ticarət mərkəzinə yatırılıb. Belə ki, fond həmin mərkəzi 2012-ci
ilin 25 dekabrında 133 milyon dollara satın almışdı. “Qalereya Aktyor”
ofis-ticarət mərkəzinin alqı-satqısı ABŞ dollarında həyata keçirildiyinə
görə, rublun məzənnəsinin dəyişməsi aktivin gəlirliyinə hələlik təsir
etməyib. Belə ki, 2013-cü ilin sonuna olan son qiymətləndirməyə görə,
həmin əmlakın bazar dəyəri 133,2 milyon ABŞ dolları olub. Başqa sözlə,
Neft Fondu bu mərkəzdən 3,2 milyon dollar əldə edib.

Neft Fondu: “Pulları spekulyativ məqsədlər üçün deyil, uzunmüddətli yerləşdiririk”

Baş verən itkilərə baxmayaraq, Neft Fondu vəziyyətin göründüyü kimi
pis olmadığını bildirir. Fondun məlumatında bildirilir ki, “VTB Bankın
səhmlərinə olan investisiyanın dəyərində yüksək dəyişkənlik müşahidə
olunsa da, ARDNF-nin investisiya strategiyasının da mahiyyətinə uyğun
olaraq bu investisiya, eləcə də Rusiyadakı daşınmaz əmlak investisiyası
qısamüddətli dövr üçün spekulyativ məqsədlər üçün deyil məhz
uzunmüddətli dövr üçün nəzərdə tutulur”.

“Gələcəkdə VTB Bankın probleminin olmayacağına əminik”

Bundan başqa, Fond əmindir ki, gələcəkdə VTB Bankın ciddi problemləri
olmayacaq: “Rusiyanın maliyyə sektoru üçün yüksək sistemik əhəmiyyəti
ilə xarakterizə olunan VTB bankın uzunmüddətli dövrdə ciddi probləmlərlə
üzləşməyəcəyi qənaətindəyik”.

Buna subut kimi, Fond son vaxtlar Bankın bazar qiymətinin artmasını
göstərir: “Qeyd olunanlar VTB Bankın hazırkı bazar qiymətlərində də öz
əksini tapır, belə ki, son vaxtlarda VTB Bankın rublda ifadə olunan
qiymətinin davamlı artması da bunun bir göstəricisi kimi başa düşülə
bilər”.

QEYDHörmətli
Oxucu! Saytımızdakı reklam banerlərinin üstünə vurmaqla,
AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…

Short URL: http://www.cumhuriyyet.net/?p=14917

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728