“İmişlidə seçkinin nəticələri komissiya sədrinin əmisioğlunun xeyrinə dəyişdirildi”
Müstəqil namizəd Habil Cəfərov: “Protokol komissiya sədri tərəfindən oğurlandı”
bələdiyyə seçkilərinin nəticələrinə etiraz edənlərin sayı günbəgün
artmaqdadır. Redaksiyamıza bununla bağlı hər gün demək olar ki, çoxsaylı
şikayətlər daxil olur. Olunan müraciətlərdə seçkilərin saxtakarlıqla
keçirildiyi iddia edilir.
dairəsindən bitərəf namizəd olan Cəfərov Habil Əkbər oğlu bələdiyyə
seçkiləri ilə bağlı şikayətini yuxarı orqanlara çatdırmaq üçün
musavat.com-dan kömək istəyib.
seçki günü kütləvi şəkildə saxtakarlıq edildiyini və səslərin komissiya
sədrinin əmisi oğlu Cəfərov Xəqaninin xeyrinə dəyişdirildiyini bildirib: “İmişlinin Yalavac kəndində yaşayıram. 79 saylı seçki dairəsindən
namizədliyimi vermişdim. Mənə aid olan məntəqələr 40, 41, 42 və 43 idi.
Seçki günü baş verən misli görünməmiş saxtakarlıqlarla bağlı “115 qaynar
xətti”nə də məlumat vermişəm. Şikayətim əsasən 41 nömrəli
məntəqədəndir. Bu məntəqədə rəqəmləri elə şişirdiblər ki, insan dəhşətə
gəlir. Seçkiyə 566 seçicinin gəldiyini bildirirlər. Nəticələrdə lider
çıxanlar bir qrup qohumdur. Məntəqənin sədri guya ki, qalib gələn
Cəfərov Xəqaninin əmisi oğludur. Təsəvvür edirsiniz ki, bu qohumların
hər biri 500 səsi keçib. Mən təzədən səslərin sayılmasını tələb edirəm.
Araşdırma aparılsın, görək kimlərin şəxsiyyət vəsiqələrinin nömrəsi
seçici kimi yazılıb. Çox biabırçı seçki keçdi. Özüm müstəqil
namizədliyimi irəli sürmüşdüm. Qohumlar saxtakarlıqla keçdilər, mən
kənarda qaldım”.
oğurlandı. Normal səs yığmışdım. Bələdiyyə sədri seçilən şəxs komissiya
sədrinin doğmaca əmisi oğlu Cəfərov Xəqanidir. Birləşib, bu saxtakarlığı
törətdilər. Xəqani Cəfərov əvvəllər bələdiyyə sədri olub. Sonradan
çıxıb, üzv kimi qalıb. Mənə öz olduğum kənddən 26 səs yazıblar. Gülməli
bir vəziyyətdir. Dünən DSK-da seçkilərin nəticələri ilə bağlı
müşahidəçilərin iştirakı ilə iclas keçiriblər. Amma mənim müşahidəçimə
xəbər verməyiblər. Bütün bunlar özlərinin saxtakarlıqlarını necə ifşa
etdiklərindən xəbər verir”.
şikayətlərimizə baxan qurum yoxdur. Ümidimiz yalnız sizədir. Baş verən
qanunsuzluqların üzə çıxarılmasında bizə kömək olun. Mən demokratik
seçki tələb edirəm. Araşdırılma aparılsa, hər kəs namizəd olduğum
məntəqədə qohumbazlığın qələbə çaldığını görər”. (musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=14918