Banklarda niyə “əl dəyişir”?

29.12.2014 - 17:51

Natiq Cəfərli: “Bu prosesin hansı qaydada həyata keçiriləcəyi məlum deyil”
Vahid
Əhmədov: “Əhalinin kredit faizlərindən narazı olduğunu nəzərə alsaq, bu
birləşmələr bankların kredit siyasətinə də təsir göstərəcək”
Mərkəzi
Bankın qərarına görə, 2015-ci ilin yanvarın 1-dək nizamnamə və məcmu
kapitalını 50 milyon manata çatdıra bilməyən banklar ya bağlanacaq, ya
da digər banka birləşdiriləcək. Belə olan halda Azərbaycanda onlarla
bankın əl dəyişdirəcəyi gözlənilir. Ekspertlər, nizamnamə kapitalını 50
milyona çatdıra bilməyən bankların daha çox iri banların tərkibinə
qatılacağını bildirirlər. Bəs, görəsən bankların əl dəyişdirməsi bu
sektorda hansı nəticələrə gətirib çıxaracaq? Bankların birləşdirilməsi
üçün hansı prosedur qaydaları mövcuddur? 
“Yeni
Müsavat”ın sualını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli
bildirdi ki, Mərkəzi Bankın cəmiyyəti vaxtı-vaxtında məlumatlandırmaması
 bir çox suallar yaradır: ” Hansı bankların bağlanacağı və ya
birləşdiriləcəyi ilə bağlı məlumatlar olmadığından insanlarda təlaş
yaranır. Əslində Mərkəzi Bank əmanətlərin taleyi ilə bağlı insanları
məlumatlandırmalı idi. Təəssüf ki, yalnız rəqəmlər səsləndirilir ki, bir
neçə bankın problemləri var, onlar ya bağlanacaq, ya da iri banklar
tərəfindən udulacaq. Artıq çox az bir zaman qalıb. Bu günə qədər
nizamnamə kapitalını artıra bilməyənlə də bunu iki günə edə
bilməyəcəklər və həmin bankların lisenziyaları yanvardan sonra
dayandırılacaq. Beynəlxalq təcrübədə də bankların birləşdirilməsi
təcrübəsi var. Çox güman ki, kiçik banklar iri banklar arasında
razılaşma olacaq, danışıqlar aparılacaq. Böyük banklar tərəfindən kiçik
banklar udulacaq və böyük bankların adı altında fəaliyyət göstərəcəklər.
Bu prosesin həm hüquqi, həm də maliyyə prosedurları mövcuddur. Çünki,
banklar birləşməmişdən öncə, həmin bankların audit hesablamaları
yayımlanmalıdır, bilinməlidir ki, həmin bankların depozitləri nə
qədərdir. Bu ciddi audit yoxlaması tələb edən bir prosesdir. Ancaq
bundan sonra iri banklar tələb edə bilər ki, hansı bankı özünə
birləşdirə bilər”. 
İqtisadçı ekspert problemli
kreditlər məsələsinə də diqqəti çəkdi: “Rəsmi məlumatlara görə, ölkədə 1
milyard manata yaxın problemli kreditlər var. Bu məbləğin hansı kiçik
banklara aid olduğunu, hər bankın nə qədər problemli kreditinin olması
bankların birləşməsində çox ciddi rol oynayacaq. Çünki kiçik banklarda
nə qədər problem varsa, iri banklar bu problemləri özlərinə götürəcəkmi,
götürməyəcəkmi, hansı şərtlər altında banklar birləşəcək – bütün bu
məsələlər hələ  açıq olaraq qalır. Mərkəzi bank tərəfindən bir açıqlama
yoxdur ki, prosedur qaydaları necə olacaq”. 
Bankların
birləşməsinin beynəlxalq təcrübədə də təsadüf olunduğunu bildirən Natiq
Cəfərli dünyada bu proses çox sivil qaydalarla həyata deyir:
“Beynəlxalq təcrübədə şəffaf audit yoxlaması keçirilir, cəmiyyətə
açıqlanır, sonradan həmin bankın gəlirləri, çıxarları, borcları,
depozitləri hesablanaraq ya auksion qaydasında satışa çıxarılır, ya da
hər hansı iri bank onu özünə birləşdirmək istəyir. Azərbaycanda bu
qaydalara əməl olunmur. Bundan başqa depozitlərdə də problem  ola bilər.
Bildiyiniz kimi, cəmi 30 minə qədər olan depozitlərə dövlət sığortası
var. Məlum deyil ki, o problemli banklarda nə qədər 30 min manatdan
yuxarı nə qədər depozit var və onların taleyi necə olacaq, sığorta
həddinin keçən depozitlər necə ödəniləcək. Bütün bu suallar təəssüf ki,
açıq qalır. Bunu ekspertlə yox, Mərkəzi Bank, səlahiyyətli qurumlar və
həmin bankların rəhbərliyi cəmiyyətə daha doğru-düzgün məlumat
verməlidirlər”. 
Milli Məclisin İqtisadi
Siyasət Komitəsinin üzvü Vahid Əhmədov isə “Yeni Müsavat”a
 açıqlamasında bildirdi ki, nizamnamə kapitalının artırılması bank
sistemində  ən əhəmiyyətli məsələlərdən biridir: “Bankın kapitalı nə
qədər çox olarsa o zaman dövriyyədəki vəsait də çox  olar və bankın
kredit faizləri də aşağı olar. Azərbaycanda da banklardan bəziləri
nizamnamə kapitalını tələb olunan həddə çatdıra bilməyiblər. Ola bilər
ki bəziləri bağlansın. Amma daha çox birləşməyə üstünlük verəcəklər.
Nizamnamə kapitalının çox olması vacib məslədir. Əhalinin kredit
faizlərindən narazı olduğunu nəzərə alsaq, bu bankların kredit
siyasətinə də təsir göstərəcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=14919

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930