Bakıda qisas məqsədilə adam öldürən şəxsə 15 İL HƏBS

29.12.2014 - 18:03

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfəri öldürməkdə,
bir nəfəri isə yaralamaqda təqsirləndirilən Kamil Fərəcovun cinayət işi
üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Faiq
Qəniyevin sədrliyi ilə keçirilən prosesdə Kamil Fərəcova hökm oxunub.

Hakimlər kollegiyasının qərarı ilə Kamil Fərəcov 15 il müddətinə azadlıqdan məhrum edilib
Qeyd edək ki, 2014-cü il martın 24-də Kamil Fərəcov Zabrat qəsəbəsi, 307
saylı orta məktəbin qarşısında ov tüfəngi ilə 20 yaşlı Yaqub Musayevi
və onun bibisi oğlu, 23 yaşlı Pərvin Mehdiyevi güllələyib. Yaqub Musayev
aldığı güllə yaralarından yerində keçinib. Pərvin Mehdiyev ağır
vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Hadisə baş verən əraziyə dərhal polis və prokurorluq əməkdaşları cəlb
edilib. Hadisə yeri müayinə olunduqdan sonra cinayətdə istifadə olunan
ov tüfəngi sübut kimi istintaqa təqdim edilib. Kamil Fərəcov isə qətli
törətdikdən sonra ata-baba yurdu olan Kürdəmir rayonuna gedərək rayon
Polis Şöbəsinə təslim olub. Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları
onu təqsirləndirilən şəxs qismində aidiyyəti üzrə Sabunçu rayon
Prokurorluğuna təqdim ediblər. Prokurorluqda Kamil Fərərcov barəsində
cinayət işi başlanıb.
Beləliklə, o, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə hakim
qarşısında ifadə verib. O, bildirib ki, 2012-ci ilin yanvarın 6-da
Sabunçu rayonu, Zabrat 1 qəsəbəsində yerləşən ərzaq mağazasında Rafael
və Kamil Fərəcov qardaşları ilə mağaza sahibi Rabil Musayev arasında
mübahisə düşüb. Mağaza sahibi mübahisə zamanı bıçağı Rafael Fərəcovun
boğazına soxub. Kamilə isə bir neçə bıçaq xəsarəti yetirib. Rafael
Fərəcov aldığı xəsarətdən yerindəcə keçinib, yaralı isə xəstəxanaya
yerləşdirilib. Araşdırmalar nəticəsində məlum olub ki, hadisə pul
üstündə baş verib. Fərəcov qardaşlarının mağazaya xeyli miqdarda pul
borcları olub.
Hadisə baş verən günü Rabil Fərəcov qardaşlarından mağazaya olan borcu
qaytarmağı tələb edib. Buna görə də tərəflər arasında mübahisə yaranıb
və bu qanlı cinayət hadisəsi baş verib. Araşdırmalar zamanı o da məlum
olub ki, hadisəni törətməkdə şübhəli bilinən Kamil Fərəcov qətlə
yetirdiyi Yaqub Musayevin atası Rabil Musayev tərəfindən iki il əvvəl
bıçaqlanıb. Həmin hadisədə Rabil Musayev Kamil Fərəcovun qardaşı Rafael
Fərəcovu boğazını kəsərək öldürüb. Kamil Fərəcov da qisas almaq məqsədi
ilə Rabil Musayevin oğlunu qətlə yetirib. Bakı Ağır Cinayətlər
Məhkəməsinin hökmü ilə Rabil Musayev 14 il müddətinə azadlıqdan məhrum
edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=14921

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728