Kəlbəcər girovlarına hökm oxundu
İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş qanunsuz “məhkəmə” bu gün başa çatıb.
yaydığı xəbərə görə, separatçı rejimin “birinci instansiya məhkəməsi”
dekabrın 19-da keçirilən prosesdə “prokuror” Karen Qabrielyanın tələb
etdiyi cəzaları təmin edib.
D. Əsgərov ömürlük həbs, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.
Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov
və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını
ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov
götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək
öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qondarma “məhkəmə”
prosesi oktyabrın 27-də başlayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=14922