Erməni deputat: “Çox qorxuruq”

29.12.2014 - 18:30

Zarui Postancyan bildirib ki, Rusiya erməniləri müdafiə etməyəcək
“Ötən ilin ən arzuolunmaz hadisəsi Ermənistanın Avrasiya İttifaqına girməsi oldu”.
ANS PRESS-in məlumatına görə, bu fikri bu gün İrəvanda keçirdiyi mətbuat
konfransında “İrs” partiyasından Ermənistan parlamentinin üzvü Zarui
Postancyan bildirib.
Onun sözlərinə görə, bu tarixi fakt ölkənin tənəzzülündən xəbər verir.
Deputat bildirib ki, Avrasiya İttifaqına girməyin ölkənin
təhlükəsizliyinin təmin edilməsi üçün vacib olduğunu deyənlər yalan
danışır.
“Təhlükəsizlik ölkə müstəqil və azad olanda təmin edilir. Rusiya və
tərəfdaşları Belarus və Qazaxıstan bizim təhlükəsizliyimiz barədə
düşünmürlər. Avrasiya İttifaqı Ermənistan kimi ölkələr üçün çox
təhlükəlidir”, – deyə Zarui Postancyan vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=14926

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728