Azərbaycan vətəndaşlığını qəbul edən hər bir gənc vətəndaşlıq andı içəcək
14 yaşına çatmış və Azərbaycan vətəndaşlığını qəbul edən hər bir gənc vətəndaşlıq andı içəcək
Bu qayda “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” qanuna ediləcək dəyişiklikdən sonra qüvvəyə minəcək.
Belə
ki, qanunun 15-1 maddəsinə nəzərdə tutulan dəyişikliyə əsasən
Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və ya
Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilmiş və 14 yaşı
tamam olmuş şəxs Azərbaycan Respublikasının dövlət dilində Azərbaycan
Respublikasına sadiq olacağı barədə aşağıdakı məzmunda and içir:
“Mən,
(Soyadı, Adı, Atasının adı) Azərbaycan Respublikasının vətəndaşı
olaraq, hər hansı xarici dövlət qarşısında onun vətəndaşlığı ilə bağlı
öhdəliklərimin olmadığına, Azərbaycan Respublikasının Konstitusiyasına
və qanunlarına tabe olacağıma, Azərbaycan dövlətinə sədaqətlə xidmət
edəcəyimə, onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü
goruyacağıma, Azərbaycan Respublikasının adət-ənənələrinə və
mədəniyyətinə hörmət edəcəyimə and içirəm.”.
Andiçmə təntənəli
şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı önündə Azərbaycan
Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir.
And
içən Azərbaycan Respublikasının vətəndaşı andın mətnini imzalayır və bu
sənəd müvafiq icra hakimiyyəti orqanında saxlanılır.”.
Bu məsələ parlamentin sabah keçrilicək plenar iclasında müzakirə olunaraq üəbul olunacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=14927