İmtahanları internetdən izləmək mümkün olacaq

29.12.2014 - 18:50

 

ADİU-da keçirilən imtahanları internet üzərindən hər kəs izləyə bilər

Bu gündən etibarən Azərbaycan Dövlət İqtisad
Universitetində 2014/2015-ci tədris ilinin qış imtahan sessiyası
başlayıb. Bu məqsədlə tələbələ və valideynlərin, həmçinin ictimaiyyətin
müraciətlərinin qəbulu və araşdırılması məqsədilə əsas tədris binasında
“Qərargah” yaradılıb. Ali təhsil müəssisəsində keçirilən imtahanlarda
ictimaiyyətin və valideynlərin müşahidəçi qismində iştirakı təmin
edilib.

Bu gündən etibarən test imtahan
zallarında quraşdırılan vebkameralar vasitəsilə prosesləri canlı izləmək
mümkündür. “Livestream” saytı
(http://www.livestream.com/aseu_test_room?t=56983) üzərindən yayımlanan
görüntülər hər bir internet istifadəçisi üçün açıqdır.

İmtahanla
bağlı hər hansı sual, təklif və iradların operativ araşdırılması üçün
492 – 60 – 43 nömrəsi və universitetin qaynar xəttinə (146-1-3) müraciət
etmək mümkündür.

Kütləvi informasiya vasitələrinin əməkdaşları da imtahan prosesini işıqlandırmaq üçün universitetə dəvət olunurlar.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=14928

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728