Zirəddinin proqnozu düz çıxdı
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Rusiyada yaşayan tanınmış azərbaycanlı ekstrasens Zirəddin Rzayev xalqımızı təbrik edir.
Ekstrasens anspress-in müxbirilə əlaqə yaradaraq xoş arzularını çatdırıb. Ekstrasens həmçinin dövlətimizə və ölkə prezidentinə də yeni-yeni uğurlar arzulayıb.
“Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni il, o cümlədən Milad Bayramı münasibətilə bütün soydaşlarımızı təbrik edirəm. Azərbaycan xalqına xos arzularımı bildirirəm. Onu deyim ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün nümerologiya baxımından çox gözəl tarixi var. Milad təqvimi təzələnir. Nəinki azərbaycanlılar, sanki digər millətlər də dünya azərbaycanlılarının həmrəylik günü Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edir. Sanki azərbaycanlılar da hafizələrini təzələyirlər. Həmrəy olurlar. Bu çox önəmlidir. Mən Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə həm də bütün dünya müsəlmanlarını təbrik edir, onların da həmrəy olmasını arzu edirəm. Dini, dili, mədəniyyəti bizə yaxın olan bütün xalqlara, o cümlədən bütün azərbaycanlılara uzun ömür, can sağlığı, “Qurani-Kərim” işığında birləşib vəhdət təşkil etmələrini arzu edirəm. Xalqımız həmişə şən-firavan və əmin-amanlıq içərisində yaşasın, heç vaxt qəm-kədər görməsinlər”, – deyə bildirib.
Söhbət əsnasında Zirəddin Rzayev onu da vurğulayıb ki, təqdim etdiyi proqnozlar artıq gerçəkləşir. O, bu ilin dekabr ayında verdiyi proqnozda Malayziya təyyarəsinin qəzaya uğramasını əvvəlcədən bildirmişdi. İctimai-siyasi və o cümlədən, təbiət hadisələrini öncədən gördüyünü iddia edən Zirəddin Rzayev bu hadisəni dəqiqliyilə təsvir etmişdi.
Dekabrın 2-də Zirəddin Rzayevin verdiyi proqnozdan bir hissəni olduğu kimi təqdim edirik: “Qəribə bir obyektin qəzaya uğrayacağını və okeana düşəcəyini görürəm.
Short URL: http://www.cumhuriyyet.net/?p=14930