Çörçil islamı qəbul edəcəkmiş… qoymayıblar

29.12.2014 - 19:47

Böyük Britaniyanın sabiq baş naziri Uinston Çörçillin ailəsi onun İslam dinini qəbul edəcəyindən narahat imişlər. “Trend”in Lenta.ru-ya istinadən verdiyi məlumata görə, bunu bu gün Britaniya mətbuatında dərc olunan məktub sübut edib. Kembric Universitetinin alimi Uorren Dokter sonralar baş nazirin
qardaşı Cekə ərə gedən Qvendolin Bertinin 1907-ci ildə yazdığı məktubu
dərc edib. Q.Berti U.Çörçillə ünvanlanan məktubda yazırdı: “Zəhmət
olmasa, İslamı qəbul etmə. Mən səndə səni paşalara oxşadan Şərq
meyilləri görürəm”. Cavabında U.Çörçill yazır: “Olmaq istərdim”.

Alimin sözlərinə görə, baş nazir heç vaxt ciddi şəkildə İslamı qəbul
etmək barədə düşünməyib. U.Dokter yazır: “O, həmin dövrdə ehtimal ki,
daha çox ateist idi. Bununla belə, müsəlman mədəniyyətinə heyran idi.
Bu, o zaman viktorian dövrünün insanlarını birləşdirirdi”.

Britaniyanın məşhur siyasətçisi müsəlman dini və mədəniyyəti ilə
Sudanda zabit kimi xidmət edərkən tanış olub. Bundan başqa, ərəbşünas və
şair Uilfrid Blant onun dostu idi. Lakin U.Dokterin qeyd etdiyi kimi,
onların dost olmasına və “Blantın ekssentrik əyləncə gecələrində ərəb
qiyafəsində geyinmələrinə” baxmayaraq onlar nadir hallarda nədəsə
razılaşırdılar.

1940-cı ildə U.Çörçill müharibədə müsəlman ölkələrinin loyallığını
qazanmaq üçün Londonun mərkəzi məscidinin tikintisi planını bəyənib və
bunun üçün 100 min funt ayırıb.

Qeyd edək ki, U.Çörçill 1940-1945-ci və 1951-1955-ci illərdə Böyük Britaniyanın baş naziri olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=14932

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728