Hicab məhbuslarının həyatı təhlükədə
14 saylı həbsxananın rəhbərliyi real vəziyyəti onların doğmalarından gizlədir…
məhbuslar – Cenubnews.com internet qəzetinin təsisçi-baş redaktoru Araz
Quliyev və hicab məhbusu Anar Qasımlı dünən naməlum istiqamətə
aparılıblar. Başqa bir məlumatda onların “Tubzon”a cəza verilmək üçün
gətirildiyi deyilirdi.
iki islamçının yaxınları onları axtarmaq üçün adı çəkilən ünvana
yollanıblar. Araz Quliyevin qardaşı Azər Quliyev və Anar Qasımlının
anası Kimyaxanım Qasımlı həbsxananın əməkdaşlarından doğmaları ilə görüş
istəyiblər. Lakin həbsxana rəhbərliyindən cavab gəlib ki, “onlar xüsusi
təyinatlılarla bura göndərilib, siz onlarla görüşə bilməzsiniz”.
Nizami Quliyevin hay-küylü səsini eşidib ona yaxınlaşıblar. O, söhbət
əsnasında vurğulayıb ki, “həmin məhbuslarla yanaşı, ümumilikdə 25 məhbus
xəstə olduqları üçün müraciət ediblər və biz də onları müayinədən
keçirmək üçün bura gətirmişik. Hələ 40 məhbusdan da analiz götürmüşük
onlar da bura gətiriləcək”.
rəisə bildirib: “Bizim övladlarımız sağ- salamatdır. Heç bir xəstəlikdən
də şikayətçi deyillər. Bu yaxınlarda onlarla görüşüb əlaqə də
saxlamışıq, səhhətlərinin yaxşı olduqlarını bildiriblər. Necə ola bilər
ki, xəstə olmayan insanı bura gətirəsiniz? Tələb edirik ki,
övladlarımızı görək. Görək ki, onlar sağ-salamatdırlar”.
bizim övladlarımız niyə cəza çəkməlidir, niyə onlara işgəncə
verilməlidir! Nə üçün nadzorların törətdikləri cinayətlər ört-bastır
edilməlidir?”, – deyə dustaq Anar Qasımlının anası etirazını bildirib.
Bu sözlərdən sonra həbsxana rəisi tələblərə məhəl qoymayaraq yoluna
davam edib.
vəziyyət barədə Ombudsman Aparatına, İşgəncələrə Qarşı Azərbaycan
Komitəsinin sədri Elçin Behbudova və Ədliyyə Nazirliyi Penitensiar
Xidmətinə şikayət ediblər. Adı çəkilən qurumlardan bildiriblər ki, bu
barədə araşdırma aparılacaq və məlumat veriləcək.
yaşlı dustaq Elşad Babayev həbsxanada işgəncə nəticəsində dünyasını
dəyişib. Bundan sonra həbsxanada məhkumlar baş verən haqsızlığa qarşı
etiraz ediblər. Etiraz yatırıldıqdan sonra bir çox dustaqlara qarşı
təzyiqlər artıb.
Sadıqlı da cəza çəkir. “Tubzon” deyilən yer isə Azərbaycanda xüsusi
olaraq məhkumların döyüldüyü həbsxana statusunu alıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=14937